Sevinc Yunuslu - YAZ GƏLƏ

Bu yazıya counter dəfə baxılıb
Sevinc Yunuslu 1990-cı il may ayının 12-də Qazax rayonunda anadan olub.1996-2007-ci illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir. Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
YAZ GƏLƏ
Otən qış ötdü şaxtal Dedim, dedim ki yaz gələ. Unut məni çıxım gedim Gedim, gedim ki yaz gələ.
Göz yaşımdı yağan yağış Sevgi bəzək, sevgi naxış. Gərək vüsalına bu qış Yetim, yetim ki yaz gələ.
Qışdan qışı dərib bahar Ömrünə göndərib bahar. Bu qışı döndərib bahar Edim, edim ki yaz gələ.
***
Bu yatdığım quş yuvası, Yuxulardan oyat məni. Hər gecə yaz yağışıyla Gözlərində yu, yat məni.
Bitib pir olan inamım, İtib sir olan inamım… Yalvarıram, qoy inanım, Bir yalan de, uyut məni.
Ağlayır, gözüm qanayır, İçimdə dözüm qanayır… Gedirəm, izim qanayır, Unut, unut, unut məni.
GİZLƏNMİŞƏM
Payızın kölgəsində Qış olub gizlənmişəm. Yarpaqlar arasında Quş olub gizlənmişəm.
Gəlmişəm ki, qəm yeyəm. Nə bilmişəm cəm deyəm? Qara gözlərindəyəm, Yaş olub gizlənmişəm.
Göz yaşımdı bulaqda Qalmışam bir qıraqda. Mən burdayam, bu dagda Daş olub gizlənmişəm.
YOXA VARDIN
Bu sevdanı qanmadım, Yuxuydun, yoxa vardın. Sən hec zaman yanımda Yoxuydun, yoxa vardın.
Tutammadıq əl-ələ, Aglama görək hələ, Sevdasız ürəklərə Çox uydun, yoxa vardın.
O göy buluda köcdün, Gəlib könlümdən kecdin. Göz yaşlarımı içdin, Toxuydun, yoxa vardın.
GƏTİRDİN
Gəldin də,yağış gətirdin. Ömrün yağışlı olmasın. Gözlərimə yaş gətirdin, Gözlərin yaşlı olmasın.
Sənsiz qalıb könül xanam, Qıyma ki, həsrətdə yanam. Sən gələn yola qurbanam Yolların daşlı olmasın.
Bu nə yagış tökur göydən? Göz yaışmı götur göydən. Bir az günəş gətir göydən Baharım qışlı olmasın..
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ