Pərvanə Nizaməddin- My butterflies, my butterflies

Bu yazıya counter dəfə baxılıb

1985-ci ildə Qazax rayonunun Kəmərli kəndində doğulub. Şeir yazmağa kiçik yaşlarından başlamış Pərvanənin ilk şeiri 1998-ci ildə işıq üzü görüb Türkiyə və Azərbaycan şairlərinin şeirlərindən ibarət “Məhsəti” almanaxında, Dünya Azərbaycanlılarının II Qurultayına həsr olunmuş “Can Azərbaycan”, “Azərbaycan poeziya çələngi” kitablarında və “Ana” ensiklopedik toplusunda və b. nüfuzlu nəşrlərdə şeirləri çap olunub.Azərbaycan Kooperasiya Universitetinin məzunudur.2009-cu ildə “Gecələr xəyallar görüş yerimiz” kitabı işıq üzü görüb. 2005-ci ildən Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində kitabxana müdiri olan şairə, 2009-cu ildən Qazax rayon Kəmərli Kənd Bələddiyyəsinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin və "Gənc Ədiblər Məktəbinin" üzvüdür. Gənc yazarın bir şeirini iki dildə (- Azərbaycanca və ingiliscə)oxuculara sunuruq:
Pərvanələr, pərvanələr
Çəmənlərin ətri ilə, Al güllərin çətri ilə, Xına daşı sətri ilə, Rəqsə gələr pərvanələr – Pərvanələr, pərvanələr..!
Qanadıyla gül toxuyar, Uçuşuyla gül qoxuyar, Nəğməsini hey oxuyar, Möcüzədi pərvanələr – Pərvanələr, pərvanələr..!
Ay doğanda o da gələr, Şam nuruna, oda gələr. Günəşdən də şövqə gələr, Aşiqdilər pərvanələr – Pərvanələr, pərvanələr..!
Ruhuyla şama dolanar, Sevgiylə oda qalanar. Tanrı sirrindən yaranar, Ölümsüzdü pərvanələr – Pərvanələr, pərvanələr..!
***
My butterflies, my butterflies
With a scent of lovely meadovs And in flowers tiny shadows, When the stonline henna glamorous They come dancing my butterflies - My butterflies, my butterflies.
With their wings they weave the flowers, Flying they smell the flowers, Singing carol cheers the flowers, Miracles are my butterflies, My butterflies, my butterflies.
In a moonlight they’re flying, In a candle flame they’re dying, But in sunshine they’re inspiring - Full of love are my butterflies, My butterflies, my butterflies.
Wondering they meet the candle, Loving burn themselves in tangle, They are the Creator’s mantle - Immortal are my butterflies, My butterflies, my butterflies.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ