Ramin CİLOVDARLI- Halalın olsun

Bu yazıya counter dəfə baxılıb


Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Ailəlidir, bir övladı var.
Halalın olsun
Ömrümü yollarına Sərdim, halalın olsun. Könül nədi, ruhumu Verdim, halalın olsun.
Həyat uşaq nağlımı? Könül qapın bağlımı? Aparanda ağlımı Gördüm, halalın olsun.
Baxışların nə laldı? Nə verdisə məlaldı. Nə verdimsə halaldı, Dərdim halalın olsun.
Getdim
Hardasa qərib səsdim, Gəldim dünyaya küsdüm. Bir dərimlik nəfəsdim, Bir udum suydum, getdim.
Arım, sənə çiçəkdim, Yarım, sənə göyçəkdim. Nə bildiniz, nə çəkdim, Ya da nə duydum getdim.
Nə ucuzdu, nə baha? Dindim, batdım günaha. Ömür yaşamadım ha, Günümü saydım, getdim.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ