Elnarə NUR- Sözün yolçusuyam mən

Bu yazıya counter dəfə baxılıb
Elnarə NUR 1994-cü ildə Tovuzda doğulub.Hazırda Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının tələbəsidir. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində şeirləri müntəzəm olaraq dərc olunur. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin və "Gənc Ədiblər Məktəbinin" üzvüdür.
Sözün yolçusuyam mən
Nə şaxtanın, nə boranın Nə xoş keçən bircə anın Nə böhtanın, nə yalanın Düzün yolçusuyam mən.
Yoxsula deyilən yoxun, Kasıba atılan oxun, Nə haramın, nə də çoxun Azın yolçusuyam mən.
Yalanım yox, düzüm düzdü Üzüm min yox, bircə üzdü Özüm özdü, sözüm sözdü Sözün yolçusuyam mən.
Vətən sarı
Qara dönsəm dağ başında Əriyəydim vətən sarı. Xəstə olsam, dizim üstə Yeriyəydim vətən sarı.
Ağlayacam öz ahımla Yaşayacam sabahımla Cəsədimi öz ruhumla Sürüyəydim vətən sarı.
Elnarə Nur, gəz bağları Unutma gəl xoş çağları Duman olsam, o dağları Bürüyəydim vətən sarı.
Öyrət
Babam, ağı gərək deyil Mənə Cəngi çalmaq öyrət. Düşmənlərin bayrağını Göydən yerə salmaq öyrət.
Külə dönüm ocağında Hər küncündə, bucağında Hey vətənin qucağında Sonunadək qalmaq öyrət.
Türk yurdunda diz çök, əyil Elnarə, həsrətlə yeyil Torpağımı vermək deyil Onu geri almaq öyrət.
Tanrıya möhtac
Bəlkə də istəyim, arzum, ümidim Bir qoca nənənin bayatısında Bir çoban babanın tütəyindədir. Allahdan pay umub, ruzi gözləyən Doğru yol axtarıb, düzü izləyən Doğma balaların hey əzizləyən Bir kasıb atanın diləyindədir.
Gözəldir həm yeri payızın, yazın Hər şeydən tez küsüb, etdiyim nazın Çəməndən gül yığan tənhaca qızın Bəlkə də yığdığı çiçəyindədir.
Müqəddəs mənimçün torpağım, daşım Vətənin yolunda qoyaram başım Gözümdən hey axan o sevinc yaşım Güllərin mehində, çisəyindədir.
Sevincin gölündə üzüb batsaq da Hərdən qəm-qüssəni, dərdi atsaq da Uca zirvələrə, kama çatsaq da Əlimiz tanrının ətəyindədir.
Məni
Hüseyn Arifin “Məni “ rədifli şeirinə cavab
Bir sönmüş ocağam vətəndən ayrı Öz doğma yurduma yetirin məni Əzəldən sığındım ana torpağa Bir də o dağlara gətirin məni.
Bu həsrət deyir ki, içindən yeyil Ya məndən qaçginən, ya mənə əyil Ölsəm də razıyam, qürbətdə deyil İtirsəz vətəndə itirin məni
Elnarəni sızlar telə döndərib, Coşan, haraylanan selə döndərib, Heç zaman solmayan gülə döndərib Bir qaya daşında bitirin məni.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ