Səma – sirli kainat,
Ay-ulduzlu məkandır.
Səyyarələr guşəsi,
Sehirli asimandır.
Mən də həmin səmayam,
Şeir ulduzum-ayım.
İstərəm ki, sehrimi,
Bütün dünyaya yayım.
İstərəm Günəş kimi,
Bu dünyaya nur saçam.
Günəş kimi səhərin
Gözlərini mən açam,
Gecələr nurlandıran,
Həm ulduzam, həm ayam.
Günəşiylə nur saçan,
Mən sehirli Səmayam,
8.12.2001
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ