Aynur Ələsgərova- “Gəl , yenə yaxşı olmaq imkanı var.....”

Bu yazıya counter dəfə baxılıb

        
                 Xalid HÜSEYNİ “ Çərpələng Uçuran “

Yaxşı olmaq ... İlk baxışda “ yaxşı “ sözü gözəl səslənsə də hamı hər yerdə heç də yaxşı olmağı bacarmır .
Yaxşı olmaq elə anlayışdı ki gərək insan  özü bunu istəsin . əks təqdirdə kimdənsə yaxşı olmağı tələb etmək düzgün olmazdı Çünki  bu bir başa mənəvi keyfiyyətlərimizə xass olan özəlliyimizdir. Bunu öyrətmirlər yada sən hardansa öyrənmirsən . Həyat boyu ya Yaxşı olursan yada ki olmursan.  Yaxşı olmaq heç seçim də deyil , çox vaxt bunu seçmək öz əlində olmur . Amma yaxşı olan  həmişə yaxşı olur demək də doğru sayılmaz zənnimcə , bunun “ mümkünlüyü “ sanki ağlabatan deyil. Necə ola bilər ki bir insan istənilən vəziyyətdə həmişə “yaxşı “ mövqedən çıxış eləsin ? bu nədərəcədə düzgündür ?
 Hər Şeyin həddi var ifadəsi də burda yerinə düşər yəqinki . Yaxşılıq elə amma anlayana .
Eyni  yaxşılığı eyni adama bir neçə dəfə edəndə və nəticəsiz qalanda növbəti belə olmur təbii ki.
Amma əslində “ yaxşılıq eləmək “ və “ yaxşı olmaq “ eyni anlayış deyil . Birincini ömründə sadəcə  bir dəfə də edə bilərsən amma yaxşı olmaq adətən  ( həmişə də deyə bilərik )  bu cür “olmaqdır”.
“ Yaxşı”nı genetik amillərlə də bağlayardım Yəni düşünürəm ki belə olmaqda irsiyyətin də rolu az deyil .
Sən “ gözünü açıb “ ancaq yaxşılıq görmüsənsə  düzgün tərbiyələndirilmisənsə  belə də olacaqsan pis olmaq üçün əlində əsas yoxdu  ...
Bəs yaxşı , “ yaxşı” nın pisə və ya əksinə pisin yaxşıya çevrilməsi mümkündürmü ? . Yəni yaxşı həmişəmi yaxşı olur o səhv eləmirmi onun pisə çevrilməsi, yaxud “ pisin “ yaxşı olmaq ehtimalı Dəyişilməsi heç mi gözlənilən deyil ?
Əvvəlcə birncidən başlayaq. Təbiiki yaxşının həmişə belə olacağına “ əminlik “ vermək  doğru sayılmazdı amma buna rəğmən onun tam olaraq “ pisə” çevrilməsinə də inanmıram mən . Düzdü mühit ,ətraf  “ ancaq mənmi yaxşı olmalıyam , mənəmi qalıb ?  “ kimi düşüncələr bir növ yaxşıya təsir edə bilər o da “ bir müddətlik əgər doğurdan yaxşdırsa səhvini anlayar və “ özünə “ qayıdar . Bunu da normal hesab edirəm səhvsiz insan olmadığını nəzərə alrsaq yaxşının da arada bu cur düşünməsini də qəbul eləməliyik.
Oki qaldı pisin yaxşıya çevrilmısi məsələsinə , bu “ mümükündür “ deyə bilərik amma necə ?
Həyatda mümkün olmayan  hec nə yoxdu – prinsipini nəzərə alarsaq.  Pis həmişə pis olacaqdır deyə bir şey yoxdu . O dəyişilə bilər . Amma ondan maksimum müəyyən  “ yaxşılılıqlar” görə bilərik pisin tam formada “ yaxşı olmaq “ ehtimalı çox azdı . Amma onlara yaxşı olmağın gözəlliklərini aşılamaq,  yaxşılıq etmələri üçün fürsət vermək lazımdı .  Amma ehtiyatı əldən verməmək şərtilə .
Nə olursa olsun Həyatda “ yaxşılıq “ etmək üçün həmişə qarşımıza fürsət çxır , mütləqki çıxır
Səhvimiz düzəltmək , “ yaxşı olmaq “  ( ən azından pis olmamaq ) şansı həmişə var . Bizə düşən onları görmək və dəyərləndirməkdi .
Xalid Hüseyninin Çərpələng Uçuran əsərində deyildiyi kimi
“ Yenə də yaxşı olmaq imkanı var ...”
















Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ