Hislərimə əsir oldum, bilirəm...
Sözlərimdən kimsə təsirlənmədi,
Özüm dedim, özüm duydum,
Elə özüm yesir oldum, bilirəm...
Sənə xeyri olmadı.
Olsaydı, gedərdinmi?
Bu nədir ey,
elə “getmək-atmaq” dərdi çəkirik...
Şair tayfasının bikarlığıymış.
Əlindən heç nə gəlməyən şairin,
Şeirləri sən demə
Qız bişirənlərin şikarlığıymış.
Hədərdir ey...
Artıq keçdi şeirlə qız tutulduğu zamanlar...
Artıq keçdi şeirlə yas tutulduğu zamanlar...
Yaxşı sponsoru olan bir müğənniyə verəsən
Yüngül ritm üstündə
“Daha səni sevmirəm” mahnısını.
Oxuya gündüz-gecə...
Dinləyəcək o, bəlkə...
Qayıdacaq, sadəcə
Bu sözü demək üçün:
“O ləçərlə aranızda nəsə var?”
Artıq keçdi şeirlərlə
Qəlb odlayan zamanlar!
Qayıdacaq bəlkə də- Rüfət Əhmədzadə
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ