Elşən Əzim- HANI BU ATIN YƏHƏRİ
Bu yazıya
dəfə baxılıb
Şəllənib dərddəmi qalıb,
Bir ayrı atdamı qalıb?
Kimsəsiz yurddamı qalıb,
Hanı bu atın yəhəri?
Qəlbindən qan sızan gedir,
Dərd içində üzən gedir.
Qəm ölümə üzəngidir,
Hanı bu atın yəhəri?
Vaxtsız yəhər açan igid,
Qırğı kimi uçan igid.
Ay atdanıb qaçan igid,
Hanı bu atın yəhəri?
Babam dedi: at muraddı,
At sürdü, murada çatdı.
Elə ömür də bir atdı,
Hanı bu atın yəhəri?!
2004
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ