Abbasova Fidan Elman qızı 1986-cı ildə Ucar rayonunda anadan olub.1993-204-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hal – hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunub.Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub.Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərdləri üzrə təhsil alıb.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Mətbuat xidmətinin rəhbəridir.
Mən nə söyləyim ki yaraşsın sənə
Nifrətə çevirdin baxışlarımı
Mən belə deyildim nə olub mənə
Öldürdün qəlbimdə arzularımı
Mən nə söyləyim ki, yaraşsın sənə.
Nə bir söz tapıram nədə bir kəlmə
Söyləyim ürəyim bir az boşalsın
Qəlbsizi gətirmə imana dinə
Qoy elə əbədi qəlbsiz də qalsın.
Hər səni görəndə sorub qəlbimə
Mən harda səf etdim harda yanıldım?
İndi hər baxdıqca sənin əlinə
Mənmi tutdum onu məhəttəl qaldım.
Bumuydu verdiyin qərarın sözün
Oynadın sən mənim o hisslərimlə
Bir zaman sən belə saxta deyildin
Görünür bir yalan dolub qəlbinə.
Düz deyib atalar bunu əzəldən
İnsana güvənmə sevgiyə güvən
Vaxt olar tapılar itmiş həqiqət
Artıq olmayacaq sevirəm deyən.
Mən hələ sabaha inanacamda
Həyat tək səninlə bitmir anladım
Bəlkə başqasına alışacamda
Səndən uzaq olan boş dünyamdaydın.
Vəfası olmayır ilk məhəbbətin
Sonradan gələndə vəfasız olur
Gözündə ucalan tək həqiqətin
Bu gün var olmayır bir gün yox olur
Sevgi nifrətə də çevrilir bir gün
Bunu mən etmədim bunu sən etdin
Ötüb bir anlığa mənim yanımdan
Necə gəlmişdinsə elədə getdin.
Fidan ötür günlər zamana bağlı
Sən daha inama o xoş gözlərə
Kim sevib ayrılıb ürəyi dağlı
Rast gələ bilərik həmin izlərə.
Artıq unutmuşam deməli səni.
Bəzən yoxluğuna alışsamda mən
sanki bir il olur görüşmiyəli
tamamən dəyişib üz cizgilərin
artıq unutmuşam deməli səni.
Bəlkəmdə bu sözlər oxuduğun an
qəlbinə bir bıçaq saplayacaqdır
o mənli günlərdən xatirimizdə
ən acı ən, iyrənc gün qalacaqdır.
Nə qədər taleyi bədbəxt olanlar
sonradan ayağa qalxıb dirilib
deməli bir insan sevmir yalandır
onun məhəbbəti kinə çevrilib.
Ehtiyac duyduğun zamanlarda mən
sənin yorğanındım soyuqdan kəsə
deməli başqası gəlib qəlbinə
mənim əvəzimdən doğmadır nəsə.
Nə deyə bilirəm acı bir kəlmə
nə etdin qarşılıq olacaq bir gün
bir arzum qalıbdır heç vaxt sevilmə
peşman ol yaşayıb sən hər gün deyin.
Bitirib cümləmi sona yazıram
bəlkə bu sözlərdə artıqdır sənə
verdiyim əhdimi indi pozuram
o saxta xəyallar yaraşmır mənə.
Fidan sanma səni xatırlayacaq
bu gediş son gediş ağılında tut
mənim əvəzimdə mən olmayacaq
onunçun ömürlük sən məni unut………………
Bir rəsimə görə sevirlər indi.
Bir rəsimə görə sevirlər indi
neyləsin zəmanə insanlıq ölüb
indi ən bahalı qəlbin cibindi
kasıbda pul olmur cibi sökülüb.
Axdarır ağ atlı oğlan yerinə
indiki qizlarin çoxu ” ağ nissan”
nə bir söz tapılır nə də bir cümlə
ən çox pulu olan sayılır insan.
Sevgilər düşübdür qiyməti yoxdur
hərkəsin öz tərzi öz sevgisi var
soruşma heç kimdən qiyməti nədir
o qədər ucuzdur alan tapılar.
Nə deyək hər insan bir cür yaşayır
bəlkəmdə ən rahat yoluda budur
nə deyək sizlərə ay saxtakarlar
sizinkimilərdən hər yan doludur.
Ay Fidan bəsdir bu yalanları sən
vecinə aldıqca gücün tükənər
ən gözəl qoy qalsın hər kəs özüyçün
kim kimi isdəyir onu da sevər.
Yenədə mənimçün darıxacaqsan
Bir gün axdaracaq məni gözlərin
ağlayıb yollarda uyuyacaqsan
günlər dəyişəcək, aylar ötəcək
yenədə mənimçün darıxacaqsan.
Tutan olmayacaq yıxılan zaman
silən olmayacaq ağlayan zaman
bir zaman dəli tək sevdiyim insan
yenədə mənimçün darıxacaqsan.
Sıxacaq qəılbini həsrət, göz yaşı
güləcək üzünə, bir dost , bir naşı
sözünün əvvəli, sözünün başı
elə hey səsləyib çağıracaqsan
yenədə mənimçün darıxacaqsan.
Güləcək üzünə saxta baxışlar
etdyin xəyanət tanrı bağışlar
çalınan nəğmələr gələn alqışlar
səndə unuduldun anlayacaqsan
yenədə mənimçün darıxacaqsan.
Peşmanam deyərək baxıb rəsmimə
sevgi yalan oldu daha sevilmə
bir sözlə bitirdin söylədin kəlmə
sevdiyin yox imiş anlayacaqsan
için için yanıb ağlayacaqsan.
Ürəyin bezəcək susqun qalacaq
insanıq gül kimi bir gün solacaq
məni xəyalların xatırlayacaq
o zaman qəflətdən ayılacaqsan
yenədə mənimçün darıxacaqsan.
Deyən olmayacaq əzizim, canım
birdənəm , həyatım ömrüm növraqım
dön gəl qollarıma deyib ay zalım
gecədə , gündüzdə ağlayacaqsan
yenədə mənimçün darıxacaqsan.
Məni əvəz edən olmayacaqdır
bu ürək sevgisin danmayacaqdır
geriyə baxaraq anlayacaqdır
sən öz halına yan sayılacaqsan?
yenədə mənimçün darıxacaqsan.
Oxu sözlərimi diqqətlə oxu
bu həyat oyundur sınanıb çoxu
sən nə sevgi bildin nə az, nə yoxu
günlərcə kövrəlib ağlayacaqsan
yenədə mənimçün darıxacaqsan.
Fidan dünya gözəl ətraf bəm-bəyaz
ömürnü sıxmasın bu soyuq ayaz
sevgi dərin deyil artıq bir dayaz
baxıqca özünə acıyacaqsan
yenədə mənimçün darıxacaqsan.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ