Səssiz otaq, göz yaşlarım,
Yoldaş olub acılarım...
Susuram...
Allahdan küsürəm!
Sonra...
Tapıram, tanıyıram Allahı.
Sabahın yuxusuna,
Həsrət qalıb!
Qınayıram sabahı...
Yalvarıram dərgahına götür.
Ya da, bir dəfəlik itir!
Kimsənin hər günümdən
Aldığını, çaldığını.
Daşıya bilmirəm,
Yaşaya bilmirəm.
Götür məni dərgahına!
Sən Baqirsən,
Sən Tahirsən,
Sən Zahirsən,
Sən Sabirsən,
Sən Adilsən
Yaşatmağa,qadirsən.
Gecəni çəkir başıma
Acılarım, tanıdır dünyanı.
Bu gecə də, göz yaşıma,
İçimdəki məzar dindi.
Bu dünyada yaşamırsan!
Ey Allahım!!!
Ölüləri dirildən Sən!
Bəlkə məni dirildəsən?!
Ümidimi itirmirəm
Günahım çoxmu deyə,
Dərgahına götürmürsən
Yaşat məni bir həyat ver
Apar məni dərgahına
Günəş kimi şəfəq saçım
Sabahıma..
Gülnarə İsrafilqızı- Ey Allahım!
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ