A böyük uşaq körpələş
Get torpağa sarı get
Qapıdan gedə bilməsən
Uçurdub hasarı get
Get torpağa sarı get
Üz-gözün kir içindədi
Harda oynamısan belə
Özünə yazığın gəlsin
Atankı ölməyib hələ
Anankı ölməyib hələ
Yu üzünü yu, bir az yu
Bir dəfə,
Yox beş dəfə
Lap istəsən 10 dəfə yu
De, mən səndən duruyam su
Bir də aydan arı get
A böyük uşaq körpələş
Get torpağa sarı get
Qapıdan gedə bilməsən
Uçurdub hasarı get
Get torpağa sarı get
Ora bax, ora bax, ora
Ordan sonra bir də bax.
Birdə ora get, bir də
Çiçəklər səni tanısın
Ağaclar səni tanısın
Öləndən sonra qəbirdə...
Atanki ölməyib hələ
Anan ki ölməyib hələ
Ölməmişdən barı get
A böyük uşaq körpələş
Get torpağa sarı, get
Qapıdan gedə bilməsən
Uçurdub hasarı get
Get torpağa sarı get
Aynaya bax gör nə deyir
Yenə bir intihar oldu
Yenə bir əsgər öldü
Şər deyir ki, xeyir öldü
Xeyir deyir ki, şər öldü.
Sən sağ-salamatsan axı
Qır o aynanı, qır tulla
Babalar gedən düz yolla
Ucalar gedən düz yolla
Allahdan aşağı get
Dünyadan yuxarı get
A böyük uşaq körpələş
Get torpağa sarı get
Qapıdan gedə bilməsən
Uçurdub hasarı get
Get torpağa sarı get
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ