Mətləb Ağanın ilk kitabı çıxdı - “11-ə qədər”

Bu yazıya counter dəfə baxılıb

Yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan şair Mətləb Ağanın “11-ə qədər” adlı şeirlər kitabı işıq üzü görüb.

Ədəbiyyata ötən əsrin 90-cı illərində gəlsə də, “11-ə qədər” Mətləb Ağanın oxucularla ilk görüşüdür. Şairin “Qanun” nəşriyyatında çıxan ilk kitabında şeirlər 3 bölümdə təqdim olunub. Kitabın sonunda isə “Mətləb Ağa haqqında deyilənlərdən” bölümü yer alır. Burada Nəriman Əbdülrəhmanlı, Məti Osmanoğlu, Əkbər Qoşalı, Həyat Şəmi, Təranə Yusif Turan, SƏHƏR və digər çağdaş qələm adamlarının Mətləb Ağa yaradıcılığı haqqında düşüncələri verilib.

Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin başqanı Namiq Hacıheydərlidir.

Share on Google Plus

"eqoist": Red Beard

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ