Gülnarə İsrafilqızı- Ehhh mənim bəxtim gətirmədi…
Bu yazıya
dəfə baxılıb
Ehhh mənim bəxtim gətirmədi…
Isti yay günləri hava sərin, ara-sıra gilavar əsir, maşınlar o yana, bu yana şütüyürdülər. Qismət dayı bir həftə idi ki, iş axtarmaqdan tamam əldən düşmüşdü. Həftə tamam olduqda elində son bir ünvan qalmışdı. Bir neçə iş ünvanı vermişdilər heç kəs işə götürməmişdi. O, tikintinin həyətində bir oğlanla qarşılaşdı. Oğlum eşitmişəm insaflı bir türk oğlan var tikintidə mühəndisdir, bilmirəm düzmü gəlmişəm yoxsa səhfmi; Oğlan soruşdu dayıcan onun adı nədir? Qismət dayı əlini döş cibinə atıb kağızı çıxartdı dayan bala qoy baxım! hə adı Turandır. Bəli dayı düz gəlmisiz bir az qabağa gedib sağa dönün. Ikinci mərtəbə, solda dördüncü qapı. Turan otaqında oturub işlə bağlı kağızları gözdən keçirirdi. Tak-tak qapı döyüldü. Kimdir buyurun: Qismət dayı qapını açıb içəri daxil oldu, ay bala mənə Turan balam lazımdır. Buyurun mənəm dayı, oğul bir həftədir iş axtarıram. Axır sizin adınızı, ünvanınızı mənə verdilər ki, sənə yalnız O kömək edə bilər. Turan dilləndi dayı sizi yalnız bir işə götürə bilərəm qalmış işlər sizin yaşınıza, fiziki gücünüzə uyğun deyil. Nə iş olsa işləyərəm oğul, yox dayı! sizi “ yüz nəfərə” nəzarətçi qoyaram bu işi bacararsızmı? Qismət dayı sevincək dilləndi; hə oğul bacararam. Lap yaxşı dayı, sabahdan işə çıxın. Iş vaxtı sabah saat ondan, axşam saat altıya qədərdir. Maaşınız isə 500 m. olacaq. Qismət dayı yeridikcə ayağı yerə çatmırdı sevincindən. Ürəyində danışır ara bir də, gülümsəyirdi. İndi qarnımız doyunca yemək görəcək! cox şükür. Düz dörd ay idi ki, burda xətasız, bəlasız işləyirdi dayımız işçilərin maaşlarını da özü dağıdır, gün –bəgün də, güvən qazanırdı. Günlərin bir günü, ikinci yüz nəfərə nəzarət edən Rəşad adlı işçini işlə bağlı Qazax rayonuna göndərməli oldular. Bu işi də, Turan Qismət dayıya yönləndirdi. Düşündü ki, adam evinə bir az artıq pul aparar, Allaha da, xoş olar. Hər gün Turan işçilərlə görüşür, nəyə ehtiyacları var soruşur, ehtiyacı olanların da, ehtiyacını bir insan olaraq qarşılayırdı. Hər gün olduğu kimi bir gün də, yenə tikintiyə gəldi. Işçilərin yemək saatı idi. Salam verib içəri daxil olduqda onun salamını heç kəs almadı və hamı başını bir nəfər kimi aşağı dikdi. Çox qəribə idi hər gün irəli yeriyib əl tutan işçilər bu gün salamı belə almadılar, nə baş verirdi görəsən? Turan düşünə-düşünə qapıdan çıxanda Əlyar adlı işçinin arxasınca gəldiyini gördü.. Turan təəccüblə soruşdu; nə baş verir??! Əlyar xəbəriniz yoxdur? Turan nədən? necə bəyəm siz deməmisiz inşaat batır işçilərin maşının artığını tutun material alacam? yox…deməmişəm bunu kim özündən çıxardıb, dayımı? bəli. Turan dedi: qoy mən birinci dayı ilə danışım adamın bəlkə pula ehtiyacı olub mənə deyə bilməyib?! Düşüncəsi qarışmışdı axı nədən bu insanlar susub, heç biri haqlarını tələb etməyiblər? bu onların halal qazandıqları zəhmətləridir bunu kim yeyə biler? Qismət dayı otağında keyfi kök qabağında da, pürrəngi çay oturmuşdu keyfi buluddan nəm çəkirdi, birinin doxsan, birinin əlli, kimin pulunun nə artıqı vardı onu tutmuşdu yavaş- yavaş nuş eyləyirdi. Birdən qapı döyüldü, uca səslə gəl…Turan qapıdan içəri girəndə heçnə olmamış kimi ayağa qalıxıb yer göstərdi, əyləşin.Turan – yox dayı oturmuram sizdən bir söz xəbər alacam deyin görüm işçilərin maaşlarını niyə kəsmisiniz?! Qismət dayı qabağa yeriyib az öncə yeyib kənara qoyduğu çörəyi əlinə götürüb tikə para etməyə başladı. And olsun bu çörəyə, balalarım ölsün əgər yalan deyirəmsə, mən heç kəsin maaşını kəsməmişəm. Turan əsəblərini cilovlayaraq hə dayı bağışlayın yəqin mən səhf başa dümüşəm deyib otağı tərk etdi. O, Əlyarı yanına çağırıb, bütün işçiləri yarım saata tikintinin üstünə çıxmaları və orda gözləmələri üçün xəbərdar etdi. Özüdə dayını çağırdı. Hər kəs toplandı nəhayət dayı gəldi. ədalət məhkəməsini xatırladırdı bu səhnə. İşçilər bir bir dayının onların maaşlarını kəsdiyini təsdiqlədikdə dayı başını aşağı dikmişdi elə bil bayaq çörəyi tikə para edən adam deyildi. Haqq öz yerini tapdıqdan sonra hər kəs dağıldı öz işinin başına növbə gəldi dayının məsələsinə Turan üç gün vaxt verdi ki, camaatın pulunu yerin deşiyindən də, olsa gətirib verirsən. üç gün sonra dayı pulları gətirib dağıtdı və istədi ki, otursun Turan işarə etdi dayan oturma ! sən işləmək istəyirsən? dayı soruşdu: harda? Turan arabaya işarə etdi. Dayı dedi: hə işləyirəm ayın sonunda Turan 390 manatın 300- verdi 90 saxladı. Əslində dərs vermək istəyirdi ona. Dayı qəmli halda heçnə demədən həyətə çıxıb daşın üstündə oturmuşdu elə hey pulları sayır, sayır amma ürəyi gəlmirdi ki, cibinə qoysun çünki, bir ay idi ki, min cür zəhmətlə alın təri ilə eldə etmişdi indi pulun doxsanını almaq dayının canını almağa bərabər idi. Lap ürəyim ağrıdı. Kənardan bu mənzərəni seyr edən Turan dayıya yaxınlaşdı. Nədir sayırsan artmır? Dayı gözünü qaldırıb məzlum məzlum baxışlarla… dərindən nəfəs aldı. Turan pulun üstünə də,( yəni doxsan manatın ) on manat qoyub ona uzatdı. Dayı get sabahdan da, işə gəlmə sənin araba daşımağına ürəyim dözmür. Artıq o, güvənini itirmişdi. Dayı həmin yeri tərk edəndə dərs almaqdansa, dodağının altından bu kəlimələri mızıldanırdı. Buda mənim qismətimdir. Cammat çapıb talayıb yeyir, ehhh! mənim bəxtim gətirmədi…27.12.2013.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ