Dedim
ki, biləsiz
Dedim ki, bilib də öləsiz
Yalnızlıqlar,
ümidsizliklər, acılar
Mən getmirəm
Sevirəm, ayrılığı
Yoxluğu seçmirəm.
Mən
getmirəm, heç yana
Qorxmuram
yaşamaqdan
Ruhumu
donduran
Qaranlıqlarla savaşmaqdan.
Sən,
tərk et
Sən
get,
Məni,
sevgini və yaşamağı
Sən,
bildiyini et
Alçaqca,
alçalmağı
Deyim
ki, haramdır ümidsizlik
Deyim
ki,
Bizdən
asılı, bizlik deyil
Gecə
və gündüz
Ölüm
və həyat.
Getmirəm,
mən
Bir
yarpağın üzərində yaşayacam
Gedənləri
Ayrılığı,
mənsizliyi seçənləri
Əllərimə
düşən bir damcı göz yaşında
Daşa
dönmüş, gül yaddaşımda
Saxlayacam.
Mən
öldükdən sonra da yaşayacam.
Tural Sahab.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ