Bir gəlin
sevdim, yəni ailəsi, həyatı alt- üst olan bir qadın. Bir yuxu gördük sonra o, həqiqəti
gördü. Dedi: “ qadası, biz xöşbəxt ola bilmərik, qoymazlar yaşamağa, şərəfsizliyi,
qadın ağlatmağı kişilik bilən kişiciklər və onların qulu olmuş qadıncıqlar”
Mən, onlarca qadın tanıdım ailəsi dağılan, xəyalları
tarimar olan.
Kimisi, kiminsə sözünə görə
Kimisi də övlada
həsrət qaldığına görə
Və hamsı da
inanıb, güvəndiklərinin kişi olmadığına görə.
Göz yaşları qayaları
yumşalda bilməz, daş qəlbliləri də həmçinin.
Qadın sevginin və
şefqətin rəmzidir.
Qadın sevilmək
üçün yaradılmışdır, əzilmək, həyatı məhv edilmək üçün yox.
İndi bir gəlin
sevdim desəm, indi məhv olmuş bir qadının göz yaşlarını silmək istədim yazsam,
nələr- nələr deyərlər haqqımda.
Ancaq, arvadını
boşayanlar, nə bilim hansı alçaqlıqlarısa edənlər cəmiyyət tərəfindən heç bir
qınağa tuş gəlmir.
İnsanlar niyə bu
qədər daş ürəkli oldular görəsən. Bu cəmiyyət, bu insanlar öz övladlarına niyə
bu qədər biganə yanaşırlar.
Sabah nə
bilirik, bizim də qızımızın, bacımızın başına bu iş gəlməyəcək. Gözümüzün önündə
sevdiklərimizin acı çəkməsini görsək necə olarıq?
O, qadınlar da kiminsə sevdiyi, bacısı, qızı
deyilmi?
Bir gəlin
sevdim, həyatı məhv olmuş bir qadın. Gözləri sevgi dolu, ümidləri qaranlıqlara
qərq olmuşdu. Baxa bilmədən gözlərinə keçdim yanından, gözlərinə baxacaq cəsarətim
olmadı.
Məhv etmişdi
özünə kişi deyən biri həyatını.
Məhv etmişdi bu
cəmiyyət, bu insanlar onu.
Bir gəlin sevmişdim, ailəsi dağılan bir qadına
“gəlin” adını verib onu aşağlayanlara lənət yağdıraraq.
Sevgi bu dünyada
qanadından vurulmuşdu.
Sevgi ürəyindən
xəncərlənmişdi.
Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ