Xuraman Hüseynzadə- Xoşbəxtliyin rəsmi

Bu yazıya counter dəfə baxılıb

Rəssam Diana Dengelin qəhrəmanları çox xoşbəxtdir. Yoxsul həyatın içindən sıyrılıb çıxan bunca xoşbəxti təsvir etməkdə rəssamın bir məqsədi var: nəfəsin gedib gəlirsə; sevdiyin insana qovuşmusansa; bir yastıqda qocalmağı bacarmısansa; balaların böyüyürsə xoşbəxtsən. Dilənmək, küçə ticarəti ilə məşğul olmaq bahasına belə ac qalmırsansa həyatından məmnun olmalısan. Rəssamın fırçası xoşbəxtliyin eskizini cızır, düsturunu göstərir. İnsan bu rəsmlərə baxdıqda bir də naşükür olmamağı öyrənir. Diana Dengel əslən ispaniyalıdır. 1939-cu il yanvarın 1-də anadan olub. Kasıb bir ailədə böyüyən Diananın fitri istedad sahibi olacağı uşaqlığından özünü göstərir. Rəsm çəkməyə hədsiz marağı olsa da maddi çətinlik ona fırça, boya alınmasına imkan vermir. Buna baxmayaraq o, rəsmlərini barmaqları ilə, qəzetdən fırça düzəltməklə çəkir. Beləcə Diana istedadı, rəssamlığa olan sevgisi ilə hər cür çətinliyə qalib gəlir... Rəsmləri ilə baxana pozitiv enerji ötürməyi bacaran Diana Dengeli adətən xoşbəxtliyin rəssamı adlandırırlar. “Xoşbəxtliyin rəsmi” adlı məşhur əsərinin bir vaxtlar rəssam Abidin Dinoya aid olduğu deyilsə də, sonradan müəllifin D. Dengel olduğu sübuta yetirilir. Əlbəttə, Abidin Dino da istedadlı bir rəssam idi. Yeri gəlmişkən, sevgili Nazim Hikmətin Abidin Dinoya “Sen mutluluğun resmini yapa bilir misin, Abidin?” misrası söz tarixinə düşüb. Gəlin, həmin şeiri oxyaq:
Sen mutluluğun resmini yapabilir misin Abidin? işin kolayına kaçmadan ama gül yanaklı bebesini emziren melek yüzlü anneciğin resmini değil ne de ak örtüde elmaların ne de akvaryumda su kabarcıklarının arasında dolaşan kırmızı balığınkını Sen mutluluğun resmini yapabilir misin Abidin? 1961 yazı ortalarındaki Küba’nın resmini yapabilir misin? Çok şükür çok şükür bugünü de gördüm ölsem gam yemem gayrının resmini yapabilir misin üstad
Nazim Hikmətin bu şeirinə Abidin Dino rəsmlə deyil, elə şeirlə cavab verir:
Kokusu buram buram tüten Limanda simit satan çocuklar Martıların telaşı bambaşka İşçiler gözler yolunu İnebilseydin o vapurdan Ayağında varna’nın tozu Yüreğinde ince bir sızı Mavi gözlerinde yanıp tutuşan Hasretle kucaklaşabilseydim Seninle bir daha Davullar çalsa, zurnalar söyleseydi Bağrımıza bassaydık seni Nazım Yapardım mutluluğun resmini Başında delikanlı şapkan Kolların sıvalı,kavgaya hazır. Bahriyeli adımlarla düşüp yola Girebilseydik meserret kahvesine İlk karşılaştığımız yere Ve bir acı kahvemi içseydin. Anlatsaydık O günlerden, geçmişten, gelecekten Ne günler biterdi Ne geceler… Dinerdi tüm acılar seninle Bir düş olurdu ayrılığımız, Anılarda kalan… Ve dolaşsaydık Türkiye’yi Bir baştan bir başa Yattığımız yerler müze olmuş Sürgün şehirler cennet İşte o zaman Nazım Yapardım mutluluğun resmini Buna ne boya yeterdi Nede tual…
*** Lap çoxdan rəssam Vinsent Van Qoqun həyatını, onun haqqında İrvinq Stounun qələmə aldığı “Yaşamaq yanğısı” povestini oxuduqdan sonra hədsiz kədərlənmişdim. Əsərdəki Ursulanın (Yevgeniyanın) gənc Vinsentin sevgisinə istehza etməsi, rəssamın sevdiyi qızı görmək üçün pulsuz-parasız, ac-susuz günlərlə piyada yol getməsi, bir qarın yeməyə işləyərək sevgisindən ümidini üzməməsi və nəhayət, Ursulanın gəlin köçməsini öz gözləri ilə gördükdən sonra İngiltərəni tərk etməsi xatirimdə silinməz izlər buraxmışdı. Həmişə düşünürdüm ki, bəlkə də onun sevgisi bu böyüklükdə olmasaydı həyatı başqa cür olardı. Heç psixi problemlər də yaşamazdı. Heç qulağını da kəsməzdi. Bəlkə də heç “Kartofyeyənlər” kimi bədbin tablolara da imza atmazdı. Bir çox dahinin alın yazısı olan bu cür miskin həyat haqda oxuyandan sonra Diana Dengel, Emil Rau kimi rəssamların rəsmləri ilə insanın özünü ovuda biləcəyini düşündüm. “Xoşbəxtlik nədir” sualının ən gözəl cavabı D. Dengelin əsərlərindədir. Onlara həyatın kəm-kəsirini unudaraq baxırsan. Baxırsan və bir də görürsən ki, gözlərində bir ümid işığı doğub. Üzün gülür... Bir yastıqda qocalmağın; sevginin aliliyinin; bir loxma çörəklə dünyaya gəlişinə peşman olmamağın; uşaqlıq səadətinin sevincini yaşayırsan. Adam bəzən bir rəsm əsəri ilə də xoşbəxt olur, xoşbəxtliyi anlayır...

Ədalət qəzeti
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ