Turə Elifat- köhnə bir palto üstümdə

Bu yazıya counter dəfə baxılıb

səma,köhnə bir palto üstümdə
və ulduzlar alovdan bir düymə
bir evsizəm mən
bir yurdsuz
bir bayraqsız adam..
günəş bir iki damla tər alnımda
və buludlar başımı söykədiyim göy yastıq..
bir evsiz
bir dünyasız
bir tanrısız qadın..
küçə lampaları pambıq şəkər..xülyamda–
şəkəri az..
və küçələr
və şəhərlər böyük bir park
körpülər yelləncəklərimdir mənim.
..
bir xülyasız
bir sabahsız
bir sevgisiz uşaq..
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ