
Nuru Nurundan alıb,əks eledi ərş əlaya.
Sevərek Məhbubuna qurban etdi ailəsini,
Öz qanıyla çatdırdı,ümmətə haqqın səsini.
Zülm edib doğradı düşmən bütün əhsabələrin,
Yandırıb yaxdı qoşun, od qaladı xeymələrin.
Rəsul Əkrəm öpən o qan tökulən gül boyunu,
Əymədi,əyməz idi, çünki imamiydi Huseyn.
O şəhid oldu, bütün aləmə yandırdı fənər,
O, məqamidə yağı düşmənə göstərdi hünər.
Tanıdıb cümlə müsəlmanlara haqqın yerini,
Verdi qurban gözünün nuru Əli Əsğərini.
Ən uca zirvəyə yüksəldi məqam aldı Hüseyn,
Yandı eşqin oduna həmdəki yandırdı Hüseyn
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ