Qalib Şəfahət - Bələdçidə olan romanlar

Bu yazıya counter dəfə baxılıb

Nədənsə öz ədəbiyyatımız haqqında xoş sözlər demək, bəlkədə əslində həqiqəti deməyə əməli-başlı çəkinirik.

Elə bil  həqiqəti desək  qinaqa tuş gələcəyik. Ortalıqda belə bir fikir dolaşır, “bizdə ədəbiyyat yoxdur”. Cəkinmədən bu kəlmələri biz deyə bilirik. Amma bızdə ədəbiyyat var , özüdə yaxşılarından. Bircə deməyə çəkinirik.  Bəlkə də qorxuruq, mən belə desəm filankəs birdən bu fikrimlə razılaşmaz. Amma hamı yaxşıdan, pisdən özünü qorumağı, özünü müdafiə etməyə çalışır. Tək meydan, tək özü. Bizim aqibətimiz budur. Bundan o yana gedə bilmirik.
Ədəbiyyat həmişə yaranıb və yaranacaq. Təki sükan etibarlı əllərdə olsun.
Həmişə maraqlı və sevilən hekayələr müəllifi kimi tanınan Eyvaz Zeynalov bu dəfə oxucuların görüşünə “BƏLƏDÇI” romanlar kitabı ilə gəldi.
Mənim üçündə maraqlı idi. Hekayələri ilə geniş oxucu qəlbinə yol tapan müəllif romanları ilə də bu zirvəni fət edə biləcəkmi.  Bu romanlar mənim üçündə maraqlı idi. Aldım və oxudum!
Bələdçi romanının mövzusu sovetlər dövrünün durğunluq dövrünü əhatə edir. Əsərin baş qəhrəmanı Rüstəm orta məktəbi yaxşı oxuyur və hüquşünas olmaq arzusu ilə yaşayır. Lakin zamının çirkin gerçəkliyi  onun bu arzusunun rellaşmasına imkan vermir. O, arzularını gerçəkləşdirmək üçün çalışsada, başqa bir işin arxası ilə getməyə məcbur olur. Yuk qatarına bələdçi düzəlir.  Rusiyanın ayrı-ayrı bölgələrinə çaxır aparmaqla məşğul olur.
Əsərdə dəmir yolçuların gündəlik iş rejimi elə ustalıqla və həssaslıqla təsvir olunur ki, hiss olunur bu hadisələr kənar müşahidələr əsasında yox, yaxından iştirakçı kimi, bədii boyalarla təsvir olunmuşdur.
Rüstəmin yol məçaralarıda  yazıçı qələmı ilə özünə məxsus şəkildə öz əksini tapmışdır.Eyni zama kənd uşaqlarının erotik həyat tərzidə əsərdə   bir yumoristik əhval-ruhiyyə yaradır.
İkinci roman “QİSAS”dır. Əsərin baş qəhrəmanı Sabir müəllim alim olub, cəmiyyətdə  özünə yer tapa bilmir. Bu sənətdən uzaqlaşıb, xırda ticarətlə məşgul olur. Lakin burda da işi düz gətirmir. Mənəviyatı olmayan polis rəisi ilə aralarında münaqişə yaranır. O, təhqir olunur. Intiqam almaq  fikrinə düşur. Həyatda belə söyüş söyməyi baçarmayan Sabir müllim hər an fursət axtarsa da intiqam ala bilmir. Yuxularında da  intiqam hissi ilə yaşayır. O, yuxularında buna nail olsa da, real həyatda onun saflığı buna imkan vermir. Yuxu ilə gerçək həyat təzad təşkil edir.

Bu romanlar Azərbaycan ədəbiyyatına yeni bir töhfədir. Yazıçıya uğurlar arzulayırıq, yeni romanını gözləyirik. 
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ