Layihəmizin bu həftəki qonağı gənc yazar

Bu yazıya counter dəfə baxılıb
Salam əziz oxucular. "Sizi yaxindan TANIYAQ" Layihəmizin keçən həftəki qonağı olan Gülnarə xanım İSRAFİLQIZI ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc yazar
Valeh duyğu-dur
(Səmimi Söhbət)
- Salam Valeh bəy, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Valeh duyğu kimdir?
Valeh duyğu
Aleykum Salam Ilkin bey, mende öz növbemde bele gözel Layihəyə imza atdıqınız üçün və meni de bu Layihəyə qonaq devet etdiyiniz üçün sizə dərin minnetdarlığımı bildirirem. Özüm haqqda danismaq qeti sevmirem. Men bu sualin cavabin meni taniyan dostlara sevimli oxucularima həvalə edirem,
Dostlar Valeh duyğu kimdir? nece insandır? onun haqqda ne deye bilersiz? tessuratlariniz?)) men özüm tekce bunu deye bilerem ki,
Gah dəniz tək dalğalanır,
Gah da qəmdən parçalanar.
Gah qemlenir, gah təmin edilər,
Menim kövrək, sadə qəlbim.
Heyatdan deyil, heyatimda narazıyam

-Valeh Bəy, sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?
Valeh duyğu
Təbii ki, sevgisiz ürək dil açmaz

-Valeh Duyğunun şair edən nə oldu?
Valeh duyğu
Bezen söz saldıqca öz gənc yaşımdan,
ozumu özüme yazıqım gəlir.
Gözlərim solubdu hesret yaşından,
Bu nəmli gözümə yazıqım gəlir.
Herden, öz özümə sual verirem,
Ilahi nə üçün yaradıb meni?
Bezen də suala cavab verirem,
Yaradan qem üçün yaradıb meni.
Bu sonsuz suallar bitib tükenmir,
Artıq qara saça tək-tək dən düşür.
Zaman öz atını capire gözlemir,
Ömrümün günləri vaxsız ötüşür.
Fikirler, xeyallar baş alıb gedir,
Keder qarış-qarış meni izləyir.
Bilmirem bu sonsuz ezablar nədir,
Sevincim qeyb olub üzə gülmeyir.
-Gənc Şairlərdən Daha çox kimlər oxuyursunuz?
Valeh duyğu
Real heyatda oxuduqlarım çoxdur, istedadlı gənclərimiz də çoxdur hetda virtual aləmdən tanıdıqım peşəkar və istedadlı gənc yazıçılardan beyendiklerim də var, onlardan bir neçəsinin adlarını qeyd ede bilerem.
Adile Nezer, Nezaket Neman, Humay Abbas, Validə Fəxri, Günay Ümid, Gülnar Səma, Vüsalə Süleymanova, Günay Hesenli, Sevil isiq, Nigar Meherremli, Xatire Qemli, Gülnarə Israfilqızı, Vəfa Eliyeva, Ilkin Abbas, Zamiq Mehdisoy, Iqbal Nemet, Baba Seba, Xelil Adıgözel, Server Kamranlı, Habil Yaşar, Vüqar Rahi, Rəşad Mehemmedoglu, Qabil Edalet vs

İlk yazdığınız şeir hansı olub? xatırlayırsıza, bizimlə də paylaşmaq xahiş edərdim.
Valeh duyğu
Birinci yazdıqım şeir 4-ci 5-ci sinifde oxuduqum illere təsadüf edir. Ilk yazmaqa başladığım 3 ya 4 şeirim var amma bura yazmaq istemirem))

-Şeiriyyatdan Başqa hansı maraqlarının var?
Valeh duyğu
Ümumilikdə Incesenet bütün sahələrini böyük Maraginiz var, xüsusilede musiqiye, qarmon alətini daha çox sevirem hetda özüm üçün xırda xırda ifa da edirem))

-Ümumi Bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?
Valeh duyğu
Xeyir qane etmir ... Çox istedadlı, peşəkar yazıçılarımız var ki, bu günki edebiyyata məzlum məzlum kənardan baxmaqla kifayetlenir, bu günki edebiyyatımız pullu və day dayı olanlar ucundu (peşəkar və istedadlı yazıçılarımız istisna olmaqla) ədəb qaydalarından uzaq olan, özünün kim olduqunu helede kəşf etməyən bezi "yazarlar" ədəbiyyat aləmində meydan sulayır.

- Valeh duyğu həyatda uğurları necə qazanır?
Valeh duyğu
Şeirlerinden əvvəl öz mədəniyyəti merifeti, leyaqetli insanlara olan sevgisi, vəfası Sedaqet və vətəninə, dininə bağlılığı ilə.

-Ədəbiyyatdan Başqa, hansı sahəyə xidmət edirsiniz?
Valeh duyğu
Ferdi və dövlət əhəmiyyətli iş sahələrində xidmətlərinin olar

-Valeh Bəyin fikrincə, əsl şair necə olmalıdır?
Menim fikrimce Şair azad düşüncəli, qarşısındakı insandan hörmət gözlemekden əvvəl özünə, sözünə hörmət qoymaq bacarmalı, oxucular arasında fərq qoymamalı, oxucularını öz doğma ailəsi kimi sevməli (terbiyyeden insani keyfiyyet uzaq olanlar istisna olmaq şərtilə) millətinə, vətəninə, dininə bağlı olmalı, hakksızlığa qarşı qəddar olmalıdı.

-Valeh Bəy, Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?
Valeh duyğu
HƏ olub, çox olub heç bir mübarizə aparmamışam yalnız cavab vermədən susub haqqsız olduqlarını özləri anlayacaqı gözlemişem və vaxt gelib haqqsız olduqlarını anlayıb üzr diləyənlər də olub. Ilkin bəy men çox kövrək qəlbli insanam, qəlbim tez qırılır amma olanları bir kənara atıb bağışlamağı da bacariram, heyat fani heyatdı bu dünyada insana qalan yalnız xatırlanan təmiz və pis ad olar, çalışaq adımız bizdən sonra xoş xatirelerle anılsın.

-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlər?
Valeh duyğu
Ən çox oxuduqum Nəsimi, Xaqani, Baba Pünhan, mərhum ustadım Xelil Rza Ulutürk, Nüsret Kesemenli və Baba Veziroğlu

-Kitabınız Varmı?
Valeh duyğu
Çox təəssüf ki, kitabım yoxdur InşeALLAH otaq olar.

-Sonda Oxucularınıza nəyi söylərdiniz?
Valeh duyğu
Sonda ilk əvvəl sizə minnetdarlığımı bildirirem meni dəyərləndirib öz gözəl layihenize qonaq devet etdiyiniz üçün. Arzum budur bu gözəl layihenizle daha da yüksək zirvələr fəth edəsiniz, menden sonra gələn növbəti qonaqınıza xoş gəldin deyirem ve ugurlar arzulayiram.
Oxucularıma isə burdan onu demek isteyirem ki, ezizlerim hər biriniz menim üçün çox deyerlisiniz, siz varsınızsa mende varam Allah sizi mene, meni sizə çox görməsin AMIN
Oxucularıma və dostlarıma bunu demek isteyirem ki,
Eziz dostum uyma vara sərvətə,
Dünya malı gözə pərdə salandı.
Bir gün gələn, bir gün gedir rehmete,
Fani dünya boşalandı, dolandı.
Men Fələk dost demədim nədənsə,
Fələk vəfa eylemeyib bir kisə,
Dost dostunu ne qeder çox istese
Zalım fələk dostu dostdan Aland.
Biz gəlmişəm getmək üçün yaşarıq,
yaxşılıqlar etmək üçün yaşarıq.
Iki dünya sakiniyik bunu bil,
Biri alan, biri isə satandı.
Alınan da, satılan da biz olduq
Dünya içrə gah boşaldıq, gah dolduq.
Bu dünyadan aparmaqa nə aldıq?
Dünya özü bu dünyada qalandı.
Çalış qəlbi dərdə məkan hərəkətə,
hər çiçək tər gül bilib iyleme.
Sonda, fəğan eyleyerek ifadəyə,
dərdli könlüm derd əlindən talandı.
Kənar gəzmə acdan, laldan çolağdan,
Mərhəmət et, seyr hərəkətə uzağdan.
Üz çevirib qaçma gələn qonağdan,
Dar məzarda, ilk qonağın ilandır.
Çalış ləkə salma o, təmiz ada,
Bu gün varsan, səhər yoxsan dünyada.
Milyon il ucalan dağ da, qaya da,
Məhv olub batmağı da birce andı.
Yaxşılıq et, amma vurma başa sən,
Qəlbi qırıb dönderme daşa sən.
Çalış ömrünü namusla yaşa sən,
Qoy desinlər bu möhteber insan idi,
O dünyasın bu dünyada qazandı.
Düşünmə ki, sərvətin varsa nersen,
Allah hüzurunda sən də nökersen.
Gün geler, duyğu düz deyib, deyersen
Heqiqeten də, bu dünya yalandı.

-Gözəl Şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.
Valeh duyğu
Memuniyyetle Ilkin bəy buyurun
Taleyim
Bu eşq artırdı qelbimde derd-ardıcıl,
Qara saça sepdi ağ denleri.
Senle keçən o, dəyərli günləri,
Heç bilmədim hara yazdı taleyim.
Görən kim, vurdu bu eşqe toyu,
yoxa çıxdı səsi, sorağı, ünü.
Hesret ilə gözlediyim xoş günü,
işgəncədən dara yazdı taleyim.
Bilmezdim dönərək eşq köləsinə,
Çətin bu qelb, bir də sevib işinə.
Üreyimin eşq olan seyfesine,
Sevgi sözün qara yazdı taleyim.
Çalışıram görünüş şən şad, dilli
Qelbimin yanğının etməyim müəyyən.
ureyimi nə yaxşı ki, təsəlli
Göz yaşımı çara yazdı taleyim.

-Həmsöhbət Olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.
Valeh duyğu
Tesekkur edirem
Bəli, əziz oxucularımız. Bu həftənin qonağı Valeh duyğu oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu: Gənc şair (_____ "" "İLKİN ABBAS" "" ______)
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ