Bu mövzu ilə bağlı yazmağıma səbəb
müxtəlif insanlarla söhbətlərim və onların dünyada çox önəmli hesab etdiyi
məsələlər barədə fikirləri oldu. Adətən, “dünyada ən əhəmiyyətli
hesab etdiyiniz məsələ nədir?” sualının cavabı dünyəvi məsələlər, yəni ya
işləri, ya ailələri, ya da övladları oldu. İnsanların əksəriyyəti üçün dünyəvi
dəyərlər yaşantılarının ən vacib məsələsi sayılır. Özlərini dərk etdiyi
zamandan etibarən bütün həyatlarını bu dünyəvi istək və ideallarını həyata
keçirib reallaşdırmaq üçün sürdürürlər.
Amma
unutduğu və vacib hesab etdikləri şeylərdən daha vacib bir məsələ var: Allahı
tanımaq və Allaha yaxınlaşmaq.
Vicdanla
düşünən hər kəs Allahı tanımağın və Allaha yaxınlaşmağın ən vacib məsələ
olduğunu anlayar. Allahı tanımağın vicdana nə aidiyyətinin olduğunu
deyirsinizsə, bir az düşünün:
Ətrafınıza
baxın, hər şey bizim ehtiyacımıza uyğun yaradılıb. Sadəcə bədənimiz və
orqanlarımız haqqında düşünmək belə Yaradıcının gücünü görməyə bəs edir.
Ürəyimiz doğulduğumuz andan ölənə kimi heç bir müdaxiləmiz olmadan işləyir,
beynimiz bədənimizə qüsursuz şəkildə nəzarət edir, orqanların fəaliyyətini
tənzimləyir. Düşünün, ürəyimizin döyünməsinə nəzarət etmək bizim ixtiyarımıza
verilsəydi, bütün işimiz ancaq ürəyin döyünməsinə nəzarət etməkdən ibarət
olardı.
Yeməyimiz
üçün lazım olan bütün qida maddələri ilə dünyamız təmin olunub. Nəfəs almağımız
üçün lazım olan oksigen miqdarı tam lazım olduğu nisbətdə atmosferdə var: nə
azdır, nə də çox. Oksigen reaktiv elementdir, əgər atmosferdə lazım olduğundan
1% çox olarsa, ən kiçik qığılcımda böyük yanğınlar meydana gələr. Bundan başqa,
4 əsas qüvvə elə tarazlanıb ki, rahat şəkildə hərəkət edə bilirik. Məsələn,
Yerin cazibə qüvvəsi indikindən bir az zəif olsaydı, addım atanda başımız tavana
dəyərdi. Yaşamağımız üçün önəmli olan bu tarazlıqlardan əlavə, bir də
duyğu üzvlərinə sahibik. Müxtəlif dadları, qoxuları hiss edirik; gördüyümüz
mənzərələrdən, filmlərdən zövq alırıq və bunun üçün bizə şüur da verilib. Təbii
ki, bütün bunları yaradan üstün güc sahibi bir Yaradanı var.
Bu
sadaladıqlarım Allahın yaratdığı nemətlərdən sadəcə bir neçəsidir. Nümunələrin
sayını çoxaltmaq olar və vicdan sahibi hər kəs bu nümunələrdən yalnız biri
üzərində belə səmimi şəkildə təfəkkür etsə, Yaradanın sənətini görə bilər.
Həyatın təsadüfən meydana gəlmədiyinin, çox nizamlı bir yaradılış olduğunun
fərqinə varar.
Amma təəssüf ki, çox az insan bu incəliklər üzərində düşünür və Yaradanın gücünü təqdir edir. Əslində, bu mükəmməl yaradılışı görən vicdanlı hər insan özünə verdiyi bu nemətlərə görə Allaha şükür etməlidir. Necə ki, bizə bir yaxşılıq edən şəxsə minnətdarlıq etməyi özümüzə borc biliriksə, bizi yaradan, bizə saysız nemətlər bəxş edən Yaradanımıza qarşı da eyni diqqətlə təşəkkürümüzü çatdırmalıyıq.
Bunun
əksini etmiş insanın halı necə olur? İnsanların gözündə yüksəlmək üçün hər şeyi
edir, onların razılığını qazanmaq üçün ciddi səy göstərir və bunun üçün
müxtəlif yollar düşünür. Amma özünü yoxdan yaradan Rəbbimizin razılığını
qazanmaq və Ona yaxınlaşmaq haqqında heç düşünmür.
Allahın razılığını qazanmaq insana xoşbəxtlik və rahatlıq verən yeganə yoldur. Allahı unudub başqa insanların razılığını axtaranlar və ya bunun kimi boş hədəflərə qapılanlar, əsla rahat və xoşbəxt ola bilmirlər.
Allahın razılığını qazanmaq insana xoşbəxtlik və rahatlıq verən yeganə yoldur. Allahı unudub başqa insanların razılığını axtaranlar və ya bunun kimi boş hədəflərə qapılanlar, əsla rahat və xoşbəxt ola bilmirlər.
Hadisələrə
öz maraqlarımıza görə deyil, vicdanımızın səsi ilə yanaşdığımızda rahat ola
bilərik. Hər kəsin qəlbində onu həmişə xeyrə, gözəlliyə səsləyən bir səs
vardır, məhz vicdanlı insanlar bu səsə qulaq asır və bu şəkildə gözəl əxlaq
göstərirlər. Gözəl əxlaqda isə məqsədləri insanların gözünə girmək, onlardan
tərif gözləmək deyil, Allahın razılığını axtarmaq olur. Bu da öz növbəsində hər
zaman Allahı düşünməyi, Ona yönəlməyi, Ona dua edərək hər şeyi Ondan istəməyi
təmin edir.
Aysel
Vəlizadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ