Ən qəmli günümdə yanımda oldun,
Sevinci, qəmi də böldüm səninlə.
Bəzən çox ağladım kədər üzündən,
Bəzən də ürəkdən güldüm səninlə.
Qondu sevgi adlı bülbül budağa,
Axdı şərbət dadan sözlər dodağa,
Mələklər oxuyan cənnət otağa,
İlk və son dəfə gəldim səninlə.
Axdı şərbət dadan sözlər dodağa,
Mələklər oxuyan cənnət otağa,
İlk və son dəfə gəldim səninlə.
Kəsildi nəhayət hicranın səsi,
Endi ayrılığın açıq pərdəsi,
Sultanım, yerini tutmaz özgəsi,
Qəmli nə vardısa, sildim səninlə.
Endi ayrılığın açıq pərdəsi,
Sultanım, yerini tutmaz özgəsi,
Qəmli nə vardısa, sildim səninlə.
Çiçəkli sevgidən duyulur ətir,
Başımız üstündə güllərdən çətir,
Şəhladan yarına əbədi sətir,
Yaşadım səninlə, öldüm səninlə.
Başımız üstündə güllərdən çətir,
Şəhladan yarına əbədi sətir,
Yaşadım səninlə, öldüm səninlə.
Şəhla Ramazanqızı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ