Tam hiss etməmək özünü...Bu elə bir şeydi ki nə maddiyyatla nə də indi əlində olanlarla ölçülmür,sənin
yanındakılar, baxıb sevindiklərin, dəstək verənlərlə də əlaqəsi yoxdu...Bəs eləmir
bəzən nə qədər çalışsalar və çalışsan tam şəkildə rahatlığınçün... Elə görsənirsən, inandırırsan
ki hər şey normaldı, amma yox nəsə yenə nəsə çatışmır...
Bu vaxtacan elədiklərin,
yaşadığın bəs deyil yaxşı olmaqçün. Bəs deyil sənin problemsizliyin, çətinlik-
aclıq, susuzluq, səfalət, münaqişə , ayrılıq...- görməməyin..Başa sala bilmirsən
nə istədiyini həm də başa düşə. Bunun nəticəsində naşükür kimi anlaşılırsan ki
, əslində elə olmadığından da əminsən ...Qədir bilməmək də deyil bu ,səndəkiləri
dəyərləndirməmək..Əlbəttə onlar var və çox razısan, borclusan çox şeyə görə həyatındakılara ...
Amma həm də olmayalara görə də narahatsan çox narahat.. Anlaşılmaz vəziyyətin
içərisindəsən , qarışıqlıqda itib batmaq üzıərəsən ... Müxtəlif yollar axtarır , əlimdə olan
cavablar bəs eləmir sənin suallarına Onlar həddindən artıq çoxdular , hər tərəfdən
bürüyüb və təcili şəkildə cavablandırılmaq tələb edirlər... Özün çabalamalısan
yaşamda olduğu kimi sualları araşdırmaqda da-hardan gəlir niyə varlar və
ümumiyyətlə lazımdırlarmı... Bunları eləməyə də bilərsən hər şeyin həlli
olmalıdı deyə bir şey yoxdu , qoy bəzi suallar da açmasız qalsın ... Amma bu
cür olmur həmişə təəssüf ki ..Sən müəyyənləşdirmədən , aydınlıq gətirmədən
tamlığı təmin edə bilmirsən . Hər şey o halda bütöv hesab olunur ki sən sənə
lazım olan hər problemin həlli, cavabını
özünə lazım şəkildə çözə bilirsən . Hər şey onda həllini tapır sən onda rahat nəfəs
alıb daxili sakitçiliyini bərpa edirsən ki , qaranlıq məqamlara işıq salmağı
bacarırsan ...
Xilasın hardan gələcəyini
bilmir insan çıxış yolunun hansı qapıdan açılacağını. Sənin düşündüklərin və həyatın
sənə göstərdikləri . Bu yolda qarşılaşdıqların üzücü də olur ürəkaçan da amma
reallıqdan danışsaq yaxşı şeylər barədə düşünənlər adətən xoş olmayan şeylərlə
daha çox rastlaşırlar ...
Hər vasitəni yoxlamağa
çalışırsan getmək uzaqlaşmaq da daxil ... Bəlkə onda daha rahat həyat tərzinə
yol açmış olacaqsan bəlkə onda daha istədiyin insanlarla görüşər onların sayəsində
daha çox öyrənərsən yaşamağın düzgün istiqamətini ...
Amma işin ucunda yanılmaq , var olanı itirmək də var . Bax elə budur
ki adamın əlini qolunu bağlayır hərəkətsizliyinə gətirib çıxarır..
Nə olursa olsun Yanılmamaq
Diləyiylə J
Aynur Ələsgərova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ