İki Qaya arasında başına daş yağan Andronik necə xilas edildi?

Bu yazıya counter dəfə baxılıb

  1918-ci ilin başlaması ilə ermənilərin müsəlmanlara qarşı apardığı soyqırımı yeni mərhələyə daxil olur. 



Andronikə "Maksim" salamı 



Tayqulaq Andronikin baçılıq etdiyi böyük qoşun Zəngəzuru, Naxçıvanı  xaraba  qoyaraq , minlərlə insanı qanına-qəltan edir.


Bununla da doymayan cəllad erməni  bu dəfə Göyçə isiqamətində hücuma keçməyə  qərar verir.Göyçənin varlığını tarixdən silməyə çalışan erməni general Gəncəyə qədər “türksüz zona” yaratmaq planını icra etməyə çalşır. Elə 1918-ci ilin ilk aylarından Göyçəyə üç istiqamətdən hücum təşkil edilir.


 1918-ci ildə daşnak hökumətinin yaratdığı 25 min nəfərlik qoşunun bir divizyası general Andronikin komandanlığı ilə Naxçıvana, Sisyana və Qarabağın dağlıq hissəsinə, ikinci diviziyası general Arınyan və Dro Qanyanın komandanlığı ilə İrəvana, Zəngəzura, Vedibasara və Qəmərliyə, üçüncü diviziyası isə polkovnik S.Silikyanın başçılığı ilə Göyçə əhalisini məhv etməyə göndərildi.Sükut içində uyumuş  Göyçədə dan yeri dəhşətli atəş səsləri ilə açılır. Gəcə səhərədək Göyçə Gölünün üstündə üzüb keçərək bu sahilə adlayan düşmən yuxudan oyanıb, evdən çıxmağa macal tapmamış  əhalinin başının  üstünü kəsdirir . Əliyalın camaatın qırılanı-qırılır, qalanının qaçmaqdan başqa çarəsi qalmır.


Türk qoşununun qabağından qaçan və Qubadan gələn rotmister Silikov, Korneta, Xaçaturov və onun adyudantı 57 əsgərlə 28 fevral 1919-cu ildə yerli əhalinin gözünü qorxutmaq məqsədi ilə əvvəlcə Zod kəndinə gəlirlər. Kəndin koxası Yunis bəy Silikovu və onun dəstəsini Qərbi Azərbaycanda, Naxçıvanda, Gəncədə adı hörmətlə çəkilən mesenat Səməd ağanın evinə aparır. Onlar yeyib -içəndən sonra Silikov Yunis bəyə deyir ki, kəndin ağsaqqallarını yığ, sözüm var. Koxa ağsaqqalları çağırır. Silikovlar iki qardaş idi, böyüyü qısaboy, yoğun, digəri ucaboy idi. Böyük qardaş camaata deyir ki, 40 xalvar taxıl, 12 araba ot verməlisiniz. Camaat susur, çünki Basarkeçərli Avanes ağanın qızı məlumat vermişdi ki, onlar türkləri qırmağa gəliblər. Ona görə ağsaqqallardan Seyid Həsən, Seyid Sayad, Vəlioğlu Cavay, Məşədi Məcoy və başqaları cavab verirlər ki, o qədər imkanımız yoxdur. O isə razılaşmır, çünki ermənilər ona məlumat vermişdilər ki, Məşədi Ağakişi oğlu Ellərin döyülməmiş 2 arpa tayası, eləcə də kəndin digər sakinlərinin kifayət qədər taxıl və ot ehtiyatları var. Vəziyyətin qəlizliyini qabaqcadan hiss edən Səməd ağa ətraf kəndlərə çapar göndərir. Özü isə vaxtı uzatmağa çalışır.Zoddan Molla Həşim, onun oğlu Baba, Bayram, Kərbəlayı Süleyman oğlu, Kazım Məşədi Əkbər oğlu, Məşədi Molla Əli, Məcoy, Əlvənd Nağı oğlu, Bəşir Hasanoğlu, İsmayıl Rəhim oğlu, Hüseyn Rüstəm oğlu, Molla Müseyib, kor Hümbət, Qaraimandan Məşədi İsa, Daşkənddən Hacı Rəhim, Məşədi Qasım, Qayabaşından Zəvvar Kərbəlayı Əfsər, Qaraqoyunludan Haxoy, Kərbəlayı Cəfər, Ağkilsədən Aşıq Ələsgər, onun oğlu Bəşir, Nərimanlıdan koxa Vəli və digərləri Səməd ağanın evinin yaxınlığında məsləhətləşdikdən sonra belə qərara gəlirlər ki, Silikovun fikri yerli əhalini qırmaqdır. Ona görə də onlar Silikovu və dəstəsini məhv etmək qərarına gəlirlər.Səməd ağanın evini yandırmamaq üçün Məşədi İsa içəri girib camaatın onun təklifi ilə razılaşdığını Silikova çatdırır və yemək-içmək adı ilə Məşədi İmişin evinə aparır. Onlar təqribən 500 metr gedəndən sonra Məşədi İsa cəld hasardan tullanır, Silikovun qardaşı naqanla ona atəş açır, güllə papağına dəyir. Camaat Silikovun dəstəsini atəşə tutur. Silikovu zodlu Gülənbəroğlu vurur, qardaşını isə Kor Hümbət xəncərlə öldürür. Silikov yaralanır və qaçıb Əlif kişinin evinə girir. O, Mecini vurur, işi belə görən Kor Hümbət evin üstünü söküb, ona iki güllə atır, yenə də ölmür. Daşkəndli Hacı Rəhim onu xəncərlə öldürür. Atışmada koxa Yunis bəy yaralanır, Qaraqoyunludan bir nəfər ölür.(Bu fakt  Ədalət Əliyevin "Göyçədə Zod kəndində ermənilərin törətdikləri soyqırımları" yazısından götürülüb) İKinci daha böyük bir dəstə Qazax-Dilican dərəsinin başından - Çayqarışana daxil olur.Bu qoşunun başında cəlladın özü-Ozanyan dayanır.


Çayqarışandan -Qaraqoyunlu dərəsinə qədər yüzlərlə türk kəndinin müdafiəsiz qalmasından istifadə edən düşmən əhalini bütovlüklə qırmaq üçün hərəkətə başlayır.Həqiqətən də o zaman üçün bu plan baş tutsaydı Qazaxdan Çəmbərəkə qədər bütün kəndlərin əhalisi məhv ediləcəkdi. 


Erməniyə yağan daş güllələr 


Düşmənin irəliləməsindən xəbər tutan Gədəbəy ağaları Mustafa ağa, Məcid ağa, Məşədi Mehralı və yaxın qohumlar böyük dəstə ilə Qaraqoyunlu yolunun başındakı qayada məskən salırlar.Öz pulu hesabına "Maksim"pulemyotu alan Mustafa ağa bu sehrli silahla düşmənə acı həqiqəti başa salmağa hazırlaşır.


İrəliləyən düşməni  Qaraqoyunlu dərəsinin girəcəyində haqlayırlar:  4 divar arasına düşmüş vəhşi kimi çırpınan düşmən üst qayalıqda məskən salan bəylərə qarşı heç bir adım ata bilmirlər. İki qaya arasında sıxışıb qalan  ermənilər  üçün əsl dəhşət bundan sonra başlayır.Qayaların üstündə toplanan daşların hamısını birdən aşağıda tələyə düşmüş  qoşunun üstünə yuvarlayırlar.
Cəhənnmə düşən ermənilərin çıxış yoluna doğru qaçması daha böyük itkilərə səbəb olur.Dəhlizin qapalı olması böyük itkiyə səbəb olur  və bir-birini tapdayan düşmən atlılarının girişə tez çatanı "Maksim"in qonağı olur. Çoxsaylı orduyla tələyə düşən Ozanyanınmüqavimət daha iki gün davam edir. Andronikin qaçışı Andronik haqqında illər sonra  yazılan əksər yazılarda bu fakt diqqəti daha çox cəlb edir:
Andronik bu qoşunun rəhbəri idi. İlk döyüş günü tam şəkildə silahlı olmasına və  canlı qüvvə ilə təchiz edilməsinə baxmayaraq, başa düşür ki, onunplanlarında nəzərə almadığı kiçik bir detal əslində böyük işin-dənizdən-dənizə Ermənistanın reallaşmasına mane olacaq və hətta onun özünün həyatını  təhlükəyə atacaq. Bütün hərbçi manevrlərinə və taktikalarına baxmayaraq strateji üstünlüyü əldən verdiyini başa düşür. Bundan sonra, hər vəchlə qaçmağa çalışan Androniki xilas edən yeganə bir təsadüf olur.Minlrlə əsgərini qurban  verən qəddar general atın üstünə bağlanmış meyit kimi qaçırılır.Ətdən divar hörən  ilanın başı  təssüf ki, son anda sağ-salamat qurtula bilmişdi.Meyitlər arasında nə qədər onu axtarsalar da vurulmuş atından başqa heçnə tapa bilmirlər.


 Göyçə qələbəsi



 Qaraqoyunlu dərəsində məğlub edilən düşmən bütün acığını Göyçədən çıxmağa başlayır.  Ördəklidən hücuma keçən düşmənin bu dəfəki  payı da "Maksim"in göndərdiyi salyut olur. Göyçədə təkbaşına düşmənə tuş olan Mustafa ağa manevr edərək iki qoşunu bir-biri ilə üzbəüz qoyur.Cığal Hasanın, Topal Orucun dəstəsi köməyə gələn vaxt düşəmn artıq özünü məhv etmiş və Göyçə xilas edilmişdi.



Bu hadisələrlə bağlı 17 may 1919-cu ilin «Azərbaycan» qəzetində belə bir sitata rast gəlmək olar : «Ararat Respublikasının silahlı qüvvələri Yeni Bəyazid bölgəsinə və Göyçə rayonunun dinc əhalisinə qarşı hücuma keçdilər. Onların məqsədi Göyçə rayonunun bütün cənubunu və şərqini müsəlmanlardan təmizləmək idi.Bu vaxt 22 kənd yandırılıb və 60000 insan öldürülüb. Erməni dövlətinin müsəlman vətəndaşları ilə belə rəftarı ağılasığılmazdır. Erməni hərbi qüvvələrinin əsgərələri və zabitləri girov düşmüş müsəlmanları ağılasığılmaz işgəncələrə düçar edirdilər; cavanları, qocaları, uşaqları, qadınları öldürürlər və onların var-dövlətini öz aralarında bölüşdürürlər».


Həmin qəzetdən daha bir sitat gətirək : «Erməni hərbi birləşmələri tərəfindən izlənilən əhali Gəncənin qarlı dağlarında gizlənirdi. Artıq Göyçə rayonunda müsəlman yoxdur".


Eqoist.net
(Davamı olacaq)

    

Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ