Ömrüm də saat kimidi,
Sən yoxsan, geridə qalıb.
Ruhum da canımda deyil,
Sümükdə, dəridə qalıb.
Sən yoxsan, geridə qalıb.
Ruhum da canımda deyil,
Sümükdə, dəridə qalıb.
Gözlərimi ürək döyür,
Yanağım yol, yaşım ayaq.
Pəncərəmi külək döyür,
Deyir: “kim yatıb, kim oyaq”
Yanağım yol, yaşım ayaq.
Pəncərəmi külək döyür,
Deyir: “kim yatıb, kim oyaq”
Mən oyağam, neçə ildi,
Gecəyə keşik çəkirəm.
Gecə ulduz-ulduz sönür,
Səhərə beşik çəkirəm.
Gecəyə keşik çəkirəm.
Gecə ulduz-ulduz sönür,
Səhərə beşik çəkirəm.
Eh! Kim bilir, innən belə,
Necə, harda görüşərik.
Biz səninlə arzularda,
Xəyallarda görüşərik.
Necə, harda görüşərik.
Biz səninlə arzularda,
Xəyallarda görüşərik.
XƏYALƏ SEVİL
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ