Yüzbaşı
Hacı Süleyman Hacı Əbdülkərim oğlu Təbrizi
İran şahının zülm və işgəncələrinə dözə bilmir.
Bir
gecə dostları ilə birgə ailəsini də
götürüb Şamaxıya köç edir.
Şamaxı başqa bir şəhər idi. Orda artıq sovetlər hakim idi.
Ona görə də hacını Şamaxıda qırmızılar təhlükəsi təhdid etməyə başlayır.
Ona görə də hacını Şamaxıda qırmızılar təhlükəsi təhdid etməyə başlayır.
Burda
onların hökmranlıq etdiyini bilən
yüzbaşı tənha və gözdən uzaq bir yedə məskən salır ( indiki Ucar
rayonunun Rəstəcə kəndi).
İran xatirələri
Hər gün
İranda şah zülmündə qalan dostlarını xatırlayan Hacı ağlayır, hərdən evdən çıxır günlərlə evinə gəlmir.
Dəvə karvanlarının arxasınca boylanır, Həcc
ziyarətinə gedib gələnlər onun yaşadığı yerə gəlir, uzun-uzadı nə haqdasa
danışırlar.
Günlərin birində səhər sübh namazı vaxtı bir karvanbaşı yüzbaşını
çağırır, ona bir bükmə kağız verir. Bundan sonra isə karvanbaşı yurdu tərk edir.
Hacı
bu məktubu oxuduqdan sonra uzun müddət otağından çıxmır. Nəhayət gün axşama əyiləndə
çıxıb qərarını elan edir: Mən dərhal İrana getməliyəm .
O, yol azuqəsini hazırlatdırır və sübh tezən bir
dəstə adamla yola çıxır.
Gün
günortadan keçmiş Yüzbaşı geri dönür.
O, atının
tərkində meyit kimi uzanmış bir gənci də
özüylə yurda gətirir.
Hacı
deyir ki, onu günəş vurub- kürqıragından (indiki Zərdab rayonu tərəflər) tapmışam.
Bu
cavana görə səfərindən geri dönən hacı İrana gedə bilmir.
Artıq sərhədlər
bağlı idi.
Hacının
həyatını xilas etdiyi bu cavan oğlan
tezliklə sağalır və hacının sürülərini idarə edən çobanlardan biri olur.
İran şahına qarşı üsyan
İllər
sürətlə ötüb-keçir. İranda böyük alim hacının dostu Seyyid Məhəmməd Təbatəbayinin çağrışına o da səs verir.
Təbatəbayi
Şaha qarşı inqilab hazırlayan dəstələrin ideoloqu idi.
Hacı
yenə də üzünü İrana tutur.Yüzbaşı bir zamanlar tərk etdiyi İrana şahıl devirib
qayıdacağı günün xəyalı ilə yaşayır.
Nə böyük inqilab baş tutur, nə də onun
arzuları reallaşır. Yüzbaşı dostu Seyyid
Məhəmməd Təbatəbayilə geriyə - Azərbaycanın şimalına dönür.
Şirvanda
su arxının yanında məskən salmış hər iki dost onları gözləyəcək fəlakətdən xəbərsiz
olurlar.
Sovet
hökuməti hər iki şəxsin həbs olunması üçün üstlərinə silahlı dətə göndərir.
Olanlardan
xəbər tutan yüzbaşı alim dostunu
qaçırmağa müvəffəq olur.
Bundan
sonra isə silahlılarla dəhşətli döyüş başlayır.
Axşama
yaxın yeni çəkilmiş dəmir yolu xəttinin yaxınlığında güllələnir.
Bütün
ailəsi çöllərə salınır, evlərinə od vurulur.
Satqın
İrandan dönən hacı dostu Təbatəbayi ilə evində
gizlənən zaman qəribə bir hadisə baş
verir.
Bir
zamanlar ölümdən qurtardığı və çoban olaraq işə götürdüyü Cabbar ağasını görmək
bəhanəsi ilə onun yanına yollanır.
Sovet
hökumətinin qurulması ilə əksər muzdurların və kasıbların ağalarına qarşı nifrəti
açıq büruzə verir.
Bütün
yaxşılıqlarına baxmayaqraq, Cabbar da təbliğata uyur və ağası Hacını bolşeviklərə
təslim etmək fikrinə düşür.
İrandan
dönən ağasına baş çəkdikdən sonra Cabbar birbaşa hökumət silahlılarının yerləşdiyi məntəqəyə yollanır.
Xəstə
kimi hacı tərəfindən xilas edilən Cabbar onu nəfsinə satır.
Hacının
başsız qalmış ailəsi isə onun yaxın
dostu Hacı Adgözəl bəyə qucaq açır...
...Adgözəl
bəyin evindən çıxan atlı sürətlə Suqovuşana çapır.
Şirvan
düzünün gecə sükutunu qoşalülədən atılmış güllə səsi pozur.Sabah çobanlar
Cabbarın meyitini axurdan tapıb, dəfn edirlər
Əziz Əlibəyli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ