“Bəzən
bütöv əli xilas etməkdən ötrü bir barmağından keçməli olursan “
Qazanmaq
arzusu hamımızda var . Öz sahəmizdə uğur əldə etmək,ətrafımızda söz , hörmət
sahibi olmaq istədiklərimiz arasındadır. Naliyyətlərin çoxluğu , şöhrətimizin
artması bizi sevindirər ki , məyus etməz. Amma... Qazanmaq elə də asand başa gəlmir
. Bəzən “nəyisə” almaqdan ötrü bir çox şeylərdən keçməli olursan . Bəli , hər
istədiyini sənə rahatlıqla “ vermirlər” əfsus ki ....
Bir sözlə görürsən ki , qazannaqçün
itirməli olursan , qurban verməli... Bu da səndən hər şeydən öncə ağıl tələb
edir , yəni , itirəcəyini elə seçməlisən ki qazandığının müqavilində heyfslənməyəsən
ya da qazanacağın nədisə onunçün itirləməyə dəysin ...
Qurban vermək o qədər də deyildiyi kimi
yüngül bir şey deyil . Onu “ gözüyumlu “ edə bilmrsən. Aldığın hər nə olursa
olsun səndən tələb eləyirsə qarşılığında , onun ağrısını yaşayıb iztirabını da
çəkirsən . Hələ mən vicdanı demirəm .... Hər saniyə hər dəqiqə ən pisi də hər gecə
onunla üzbəüz dayanıb , “cavab vermək “ ... yaşamasan bilməzsən .... ( çalışa
bilsən yaşama , məsləhətli deyil ... )
Nəticədə gedən də səndən biridi üstəlik buna
özün qərar vermisənsə . qərar anı çətinliyiylə bezdiri insanı .. nədən keçəsən
? hansını görməzdən gələsən ? !...
Qurban anlayışı yalnızca “nələrə” aid
olsaydı “ dözmək olardı ,Qazanmaq bizdən təəssüf ki eyni zamanda insan da tələb
edir , yəni , “kimləri “ Hə .. Onda məsələ
daha da qəlizləşir . Bu hal vəziyyəti gərginləşdirir ki düşüncələrin 2 və daha
çox şəkildə artır , normal olaraq fikir ayrılıqları da yaşayırsan. Onlarla ( bəzən daha çox ) doğman arasından
birini seçməlisən “ nə var –nə var” nəyisə qazanacaqsan ? ! .. Çətin məsələdi ...
Gör , sənə bəxş olunan nə dərəcədə mükəmməl və arzuolunan olmalıdı ki , ona görə
sonra peşmançılıq çəkməyəsən . Yuxarıda bunu etmək üçün ağlın vacibliyini
yazmışdım . Amma yox vacib olan güc, iradədi ki , sənə bunun xeyrli tərəfini ,
yaxşılığını göstərsin və ürəkli olmağı öyrədə bilsin .
Qurban verməyi də bacarmaq lazımdı
, uzun sözün qısası . Uzaqgörənlik edib əldə edə biləcəyinin hər şeydən və hətta
hamıdan üstün olduğunu görə bilirsənsə , davam elə . Onsuz da əvvəl-axır itgilərlə
üzləşir insan , bu qaçılmazdı . Heç deyilsə arzuladığını alarsan . Amma Çalış ,
bu səninçün çox şeylər etmiş kimsələr olmasın . Vicdan da yaxşı şeydi..
Qazanacaqsan deyə Nankorluq da etməməlisən , Ağır gələr ... Altından qalxa bilməmək
, ömür boyu günahkarlıq hissi yıxar Səni...
Düşün sadəcə ... Əl də sənindi barmaq
da .. qazanan da sən olacaqsan , itirən də ... Hansının daha dəyərli olduğunu
hamıdan yaxşı bilən də sənsən ...
Nəticə , qarşılaşacaqların bütün bunları
görə bildikdən sonra addımı atmaq da çətin gəlməməlidir . Ürəkli Ol J
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ