Sən, sevgi adlı krallığımın
gözəl
şahzadəsi.
Ruhumun sevgi qoxulu səsi,
ilham pərimsən.
Misra-misra
ömrümə
açılan səhərimsən.
bir parça nur tək
göy
üzündən qopmusan,
Şeirlərimə
hopmusan.
Sə səni sən
olduğunçün sevirəm –
mə mənim
krallığım
dünyada
yeganə krallıqdır ki,
orda cəmi
iki nəfər yaşayır
Bir də
gələcəyin
ruhu boylanır o krallıqdan...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ