Soyuq oldu mənə isindirin məni,
Gətir sərin mənə o ağ kəfəni.
Yandırın şamları,baxın tüstümə,
Ölürəm anacan gəlmə üstümə.
Mən ölsəm gözlərim açıq qalmasın,
Bağla gözlərimi əlinlə ana
Qoyma ana qohum-qardaş ağlasın,
Məzarım üstünü kimsə bağlasın.
Çiçəkləri qoymayın,solurlar axı,
Aparırlar məni,
dalımcan baxın.
Qəbrimin üstünə şeir yazdırın,
Məzarı bir az da dərin qazdırın.
Gedirəm ağ göylər aparır məni,
Unutmaram belə gözəl günləri.
Əzrayıl canımı niyə alıbdır?
Gözlərim anacan yolda qalıbdır.
Bağışlayın görmədiniz toyumu,
Neyləyim anacan getməliyəm mən.
Xeyir-dua ver bağlama yolumu,
Cənnəti sevgiylə seyr etməliyəm.
Baxıram yuxardan ağlar gözünüzə,
Günahkar sanıram indi özümü.
Yaşayın hamınız,yaşamalısız siz,
Çünki bu dünyada siz tək deyilsiz.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ