Etibar Salmanov - Ü R Ə K

Bu yazıya counter dəfə baxılıb
                   


Köksümü dağıdıb,çırpınan ürək,
Həm ruhun,həm cismin məskəni ürək,
Gördüyüm nə varsa beynimdə şəkli,
Mənası,söhbəti səndədir ürək.

Sevgilər,nifrətlər,hirslər,qəzəblər,
Yaşanan sevinclər,qəmlər,kədərlər,
Dünyadan zövq alan gözəl duyğular,
Sənin içindədir,ey böyük ürək.

Necə xəlq eyləmiş səni Yaradan,
İmzasın ürəkdə yazmış Yaradan.
Bu böyük dünyanı sənə sığdırmış,
Bütün duyğuların beşiyi ürək.

Ağrılar,acılar səndə saxlanır,
Unudulmaz sevgilər səni ağladır.
Etibarı insanlara bağlayır,
Yaradılmışların şahı,ey ürək.

17.06.2013.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ