Ərəb tarixçisi İbn əl-Əsir monqol yürüşləri haqda
yazırdı: "Əgər kimsə desə ki, Allah Adəmi yaradandan bəri yer üzü belə fəlakət
görməyib, haqlı olardı".
Çin alimi Yelusika Çingiz xana “Sən at üstündə ölkələri
işğal edə bilərsən, amma əsla at üstündə ölkələri idarə edə bilmərsən” -
demişdi
Azərbaycanda ilk dəfə Çingiz xan barəsində yazılan
“Çingiz xanın xəzinəsi” kitabının müəllifi yazıçı Cəlaləddin ilə etdiyimiz söhbət
olduqca maraqlı alındı. Söhbət nəticəsində məlum oldu ki, bu kitab nəşr
olunduqdan sonra tariximizin daha bir sirri aşkar edilib. Bu dağın içindən gedən
gizli qapıların sökülməsi nəticəsində aşkar edilən sarayda 8 aydır axtarışlar
davam edir. Yazar “Çingiz xanın xəzinəsi” kitabında dağın içində daha 4 sarayın
olduğunu bildirir.
-Əvvəlcə, o
dövrdə monqolların həyat tərzinə və müharibə taktikasına nəzər salardınız əgər
mümkündürsə...
-Monqollar qədim dövrdən vəhşi heyvan ovu ilə məşğul
olduqlarından, bu onların həm də bir döyüşçü kimi formalaşmasına səbəb
olmuşdur. Monqolların gücünə bələd olan Çin dövləti özünün köçəri qonşularını zəiflətmək
üçün aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Ərazisi və əhalisi
durmadan böyüyən monqol qəbilələrini zəiflətmək ücün başqa monqol qəbilələrinə
dəstək verərək, monqol qəbilələrini bir – biri ilə döyüşməsinə şərait yaradaraq
bu xalqı öz nəzarətləri altında saxlayırdılar. Çinlilər Çingiz xanın atası Yesiqey
Bahadura da bir neçə dəfə dəstək olmuşdular. Nəticədə isə tatarlarla və merkillərlə
müharibədə o, qələbə çalmışdı. Monqol qanunlarına görə gücün varsa, hər nə istəsən
ala bilərsən. Bu qanunu əsas götürərək monqollar bir birinin qəbilələrinə basqın
edərək kisiləri öldürərək arvad - uşaqlarını qul kimi istifadə edərək var-dövlətlərini,
heyvan sürülərinin sayını artırırdılar. Özünün tərəfdaşlarını çoxaltmaq məqsədilə
müxtəlif nəsillərdən və qəbilələrdən qulluğa götürmək bu çöl bozqırının əsas qanunu
idi.
Temuçin 1155-ci ilin fevral ayında Onon çayının
sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəlmişdi. Temuçin 9 yaşında olanda
tatarlar onun atası Yesiqey Bahaduru zəhərləmisdilər. Yesugey Bahadurun
tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək
ona tabe olmayacaqlarını bildirdilər. Həmin qəbilə başçıları Temuçinin anasını
və uşaqlarını atıb getdilər. Bu, azmış kimi başsız qalmış ailənin mal-qarasını
da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat
keçirmək məcburiyyətində qaldı. Quş, balıq, yeraltı yuvalarda yaşayan kiçik gəmirici
heyvanlar ovlamaqla bir təhər dolanırdılar. Temuçinin anası Oelun çox ağıllı
qadın idi. Bozqırın qanunlarına görə dul arvad mal - mülk sahibi ola bilməzdi. Temuçinin
anası Oelun isə ərə getməmişdi və uşaqlarını böyütmüşdü. Temuçini vaxtilə atası
Yesugey Bahadur dostunun qızı Börtə ilə nişanlamışdı. Temurçin böyüyür və Börtə
ilə evlənir. Səhərisi gün taycutlar tərəfindən onların yurduna basqın edilir. O,
ilk dəfə taycutların əlindən möcüzə nəticəsində sağ qurtarmışdı, ikinci dəfə də
mərkitlərin köçəbəyə qəfil hücümü zamanı düşmən əsirliyindən yaxa qurtara
bilmişdi. Börtə əsir alınmışdı. Cingiz xan isə qaçaraq aradan cıxa bilmişdir. Vaxtilə
Temuçinin atası Yesugey Bahadur anası Oeluni taycutların əlindən zorla almışdı.
Indi onlar öz qisaslarını alırdılar.
Temuçin vaxtilə atası Yesugey Bahadurla qardaşlıq
etmiş Toğrul xandan kömək istəyir. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan
qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Çin dövləti özünün köçəri
qonşularını zəiflətmək üçün onlar arasında daim nifaq salır və daxili
qarışıqlıq törədirdi. Çin imperatoru biləndə ki, yeritdiyi siyasət nəticəsində
şimali şərqdəki tatarlar merkikləri zəiflətmək üçün Toğrul xana müraciət ediblər,
ondan bu təkliflə razılaşmamasını istədilər. Çinlilərin təklifinə razılıq verməyən
Toğrul xanın yardımı ilə Çingiz xan arvadını geri almağa müvəffəq oldu. Temuçin
arvadı Börtənin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına
şübhə ilə yanaşırdı. O yoldaşı Börtəyə demişdi ki, əgər uşaq oğlan olsa öldürəcək,
qız doğulsa, yaşayacaq. Börtə Temirçinin anasından kömək istəmişdi. Temurçin ilki
olan oğlunu öldürmək istəyəndə anası Oelun onun qarşısını kəsdi. O, Temurçinə
demişdi: “Sən uşaq olanda qardaşını öldürmüşdün. Indi də öz oğlunu öldürmək istəyirsən.
Niyə axı?” Temurçin anasına belə cavab vermişdi: “Mən qardaşımı məhz səni təhqir
etdiyinə görə öldürmüşəm. O, mənə elə hey deyirdi ki, sən Yesuqey Bahadurun oğlu yox, tatarların oğlusan. Sənin atan
tatarlardır”. Məlumdur ki, Temurçinin anasi Oeluni də toy gecəsi tatarlar
qaçırmışdılar. Yesuqey Bahadur Oeluni 4
aydan sonra tatarlardan müharibə apararaq geri qaytaranda artıq Oelun hamilə
idi. Çingiz xanla qardaşlarının arasında hər zaman buna görə mübahisələr
düşürd.
Söhbət əsnasında
Temurçin anasi Oelundən əslində kimin oğlu olduğunu soruşdu. Oelun Temurçinə
cavabında onu sən özün sübut edəcəksən. Atan Yesuqey bahadur seni öldürmədi, əgər
sən bahadır oğlusansa, oğlunu öldürmə. Əksinə, ad ver ogluna”.
Temuçin oğluna Cuçi adını qoymusdu. Bu sözün mənasi
monqol dilinde “gözlənilməyən qonaq” deməkdir. Temuçin atasının ölümündə
günahkar olan tatarlardan qisas almaq üçün yaxşı fürsətin yetişdiyini bildiyindən
Toğrul xandan dəstək istəyir. Özü isə Toğrul xanın müttəfiqi kimi müharibədə fəallıq
göstərir. Tatarlar darmadağın edilmiş, qəbilə öz müstəqilliyini birdəfəlik
itirmişdi. Tatarlar monqolların tabeliyinə keçmişdi.
Temuçinin yeganə qatı düşməni naymanlar olaraq
qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları
1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı.
-Çingizin döyüş taktikası haqqında danışmağınızı
xahiş edərdik…
-Çingiz xandan təqribən 100 il sonra Çingiz Xanın ədalətini
onun soyundan olan Böyük Teymur yenidən dünyaya hakim qılacaqdı. Böyük Teymur
özünü Çingiz Xan soyua aid edirdi. O da Çingiz xanın orduda verdiyi qanunları
öz ordusuna şamil edərək qələbələr çalmışdı. Çingiz xanin en əsas uğurlu döyüş
taktikasından tarixdə bir çox sərkərdələr istifadə edərək uğurlar qazanmışlar. Bu
tələ - döyüş taktikası idi. Hətta bizim I Qarabağ savaşında da Çingiz xanın həmin
bu uğurlu döyüş taktikasından istifadə edərək Qarabağ müharibəsində ən uğurlu qələbə
qazanılmışdı.Mən bu komandana unudulmuş komandan, qazanılmış qələbəyə də
unudulmuş qələbə deyərdim. Unudulmuş qəhrəmanımız
Gəncə taborunun komandiri Mehman Ələkbərov həyata keçirmişdir. Çingiz xanın qələbəsinin
sirrlərindən birinə görə o ordusundan 30 minlik ən təcrübəli at sürən, ox atan
döyüşçülərini düşmənin üstünə yürüş zamanı göndərir. 30 minlik ordunun hər bir əsgəri
birdən ox atanda və 30 min ox havaya birdən qalxanda adətən günəşin işığı tutulurdu. Monqol əsgəri
düşmənin üstünə basqın edərək sonra özlərini qorxub qaçaraq geri çəkildiklərini
bildirərək geriyə qaçardılar. Onlar qaçarkən arxaya çevrilib düşmənə tərəf ox
atmağı bacarərdılar. 30 min ordu beş hissəyə bölünürdü. 70 klometrəyə kimi
qaçardılar monqol ordusunun əsas hissəsi isə qabaqada gözləyərdilər. Düşmən orudusunu beş hissəyə böləndən sonra 70 kilometr
at belində durmadan qaçan ordu yorularaq taqətdən düşərkən qarşısına birdən
ordu çıxardı ki, monqollar yorulmuş, taqətdən düşmüş düşməni asanlıqla məhv edərdilər.
Eyni tələ əməliyyatını Qarabağ müharibəsində
Gəncə taborunun komandiri Mehman Ələkbərova da kecirdi o “Qarabağ müharibəsində
qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi”. -
“Arabo” taboru M.Eqizaryan tərəfindən Suriya, Livan, Fransa, ABŞ və
Sovet-Əfqanıstan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən
güclü muzdlu taborlarından biri idi. 29 iyun 1992-ci ildə 123-cü rotanın 2-ci Gəncə
taborunun komandiri Mehman Ələkbərova kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan
Ağdərənin Həsənqaya kəndinə erməni
silahlı qüvvələrinin mühasirəyə alındı. 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir
silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rotanın 2-ci Gəncə
taboru tərəfindən tamamilə məhv edildi. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə
hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin
qırağında qaldı. Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu
taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli
günahkarlarından olan “Arabo” taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli
manevrləri ilə bacarmayaraq, panikaya uğradı və məhv edildi. Ən müasir
silahlarla silahlanmış, böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı
atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşurdu.xocali
soyqiriminda qedarligiyla ad cixaraq ermeni arobo taburundan bir nəfər də sağ
saxlamadılar.
Manvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının
birbaşa təşkilatçısı olub və bu tabor amansızlığı ilə tanınırdı. Ermənilər bu
taborun məhvini 1994-cü ilə qədər gizlədirdilər. Lakin 1994-cü ildə Manvel
Eqizaryan taborun məhv edildiyini etiraf etdi.
-Əmir Temur barəsində bəzi mənbələrdə onu Əmir Temur,
bəzi mənbələrdə ise Teymurləng adlandirirlar siz nece adlandirisiz Emir Temur
yoxsa Temurləng?
-Mən oxuyub öyrəndiyim mənbəələrə görə, Əmir Temur
məğlubedilməz Əmir o ancaq türk dünyası müsəlmanlarla doluşub çin dilində
hindistan da da islam genis yayılmışdırdir o dovurde emir temur tarixdə amansız
qətllər törətməklə yanaşı, kəsdirdiyin insan başlarından qüllələr düzəltmisən.
Təki yalan olsun.
Tarixçilər Əmir Teymuru böyük şəhrlərdə insanları
qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. İran səfəri
zamanı isfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratmağın barədə
çox danışılır. Yazılanlara və deyilənlərə görə o Xorasan şəhəri Səbzəvarda
adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaradıb. Teymurun
Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yuz min əsiri
qırmasından da danışırlar. Bağdad səfəri zamanı bir gun ərzində 90 min adamı
qılıncdan keçirib, kəllələrdən 120 qullə ucaldtırmasından da yazırlar. Saiyələrə
görə Misiri zəbt eləyəndə Əmir Teymur bir damcı musəlman qanı axıtmayacağına
soz verdiyinə gore guya ki, xristianları qılıncdan keçirib, müsəlmanları
diri-diri torpağa basdırmışdı. Amma Teymurun törətdiyi «vəhşiliklər»dən biri də
təsdiqini tapmayıb, yəni bunun üçün sübut, dəlil tapılmayıb.
Mən bir tarixçi kimi deyə bilərəm ki, Əmir Teymur
taridə məğlubedilməz türk dünyasının
böyük sərkərdəsi olubdur. Haqqında oxuduğum qəhramanlıqlarına sevindiyim
qədər də kədərlənmişəm. 1402-ci ildə Çubuq döyüşündə qalib olan Teymur Azərbaycandan keçəndə Şeyx
Şəfi ocağna gəlir. Şeyx Səfi şah İsmayılın babasıdır. Əmir Teymur ziyarət vaxtı
deyir ki, Ya Şeyx sizi Allahın lütfündə olan bir övlüyya kimi eşitmişəm, məndən
nə ənan diləyirsən? Şeyx cavabında deyir: “Biz sufiyik. Sufilərin dünya malında
gözü olmur.” Əmir Teymur inad edir ki, ya Şeyx, mən burdan əliboş gedə bilmərəm,
mən qymətli əşyalar bağışlamalıyam.
Şeyx
deyir:
“İndi ki, təkid eləyirsən, onda əsir götürdüyün 40
min qan qardaşlarımızı adına bağışla!”
Əmir Teymurun cavabı qısa olur:
“Bağışladım ocağına!”
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ