(8marta)
Qadın!
Qadın...
Sənin adın -
Hər bir insan ömürünə,
Hər bir kişi həyatına qızıl hərflə yazılmalı.
Kişi səndən güclü, möhkəm.
Səndə qarışqa misalı
gücündən də artıq yükü tək daşımaq iqtidarı.
Qadın, qadın...
Sən ana, sən bacı, sirdaş.
Sən dost , dayaq, doğma qardaş.
Sən sevgili sirli, gizli.
Sən hərarət, sən həyatsan.
Kişi bir quş, bir qartaldı.
Sənsiz heç vaxt uça bilməz.
Sən qanadsan.
Sevin, şənlən!
Dünya sənin.
Öz dünyanı örtsələr də
hərdən səni sevənlərın-
Dünyanınsan...
Qadın, qadın...
Yaradılmış və yaradan.
Ömrümüzün günlərini bəzəyən sən.
Təqvimdəysə nədən bircə gün sənindi?!
Bu gün sənin bayramındı otur, dincəl!
Bütün ildə bir gün sənin hədiyyəndi.
Sən yenədə işləyirsən...
Öz gündəlik vəzifəni
Heç birkəslə bölüşmədən
Təmənnasız sən yerinə yetirirsən.
Qadın, qadın...
Qoy bu günü,
Qoy ömrünün hər gününü
Əhatəndə olan kəslər.
Səni sevən can yoldaşın,
Ərin, oğlun, qardaşların
Başa düşüb, anlasınlar.
Nazın çəkib, oxşasınlr.
Qorusunlar, bu dünyanın cəfasından.
Həyatın hər sərt üzündən
O kövrək həssaslığını
İtirmədən yaşayasan.
Məhəbbət saçıb hər kəsə,
Sən əbədi zərif, incə
Qadın adı daşıyasan
Qadın adı daşıyasan!
2009
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ