Tənha qadın...

Bu yazıya counter dəfə baxılıb









Səhərdən axşama batmısan qəmə,
Vəfasız dünyadan arzundur,ölüm.
Tənha qadın deyir,hər görən sənə,
Yaman yorur səni bu həyat,gülüm,

Küçələr,döngələr tinlər burulur,
Günlər, aya dönür, aylar il olur.
Gözündəki yaşlar artıb sel olur,
Daha demək olmur qəmi at,gülüm.

Yalqız otağında dövrə vurur,ay,
Susur, sakit axır, meşədəki çay.
Zülmət də sükütü edir sənə pay,
Etmiş, hicran səni yarıqat,gülüm.

Üzündən qəm yağır düzümü kədər,
Ayrılıq qəlbindən keçməyib hədər.
Xoş gün gözləməyir səni bəxtəvər,
Haracan sürəcək bu ovqat,gülüm.

Əllərin qoynuna bənd olub durub,
Gözlərin yollarda bir sərhəd qurub.
Xəyalın nə vaxtdır boynunu burub,
Yaman yorub səni bu həyat,gülüm.

Boylanma ,hər ötən o olmayacaq,
Önündən daş hasar ovulmayacaq.
Çətindən bir asan var olmayacaq,
Quracaq könlünə könlüm taxt gülüm.

Arzudan bir ümid doğar,dünyada,
Bir gün qara günü qovar dünya da.
Qəm yemə ey könül yaşa dünyada,
Üzünə güləcək bir gün baxt,gülüm.

Nigar Məhərrəmli....(yeni)....15.11.2013-cü il.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ