Günəş yer üzünü
işıqlandırdığı,
torpağı
isidib,
dərinizi
qabartdığı tək,
o gözəl
üzün
dünyamı
işıqlandırır,
qanımı
qaynadır
sinəmi
qabardır...
Həsrət
qalmışıq bir-birimizə,
qovuşmağımız
imkansız.
Sən olanda
mən olmuram,
mən olanda
sən.
Gecəylə
gündüz, günəşlə Ay kimi
görüşürük
onu da bizə
çox görürlər.
Hərə əlinə
bir qazan
bir dəmir
alıb
döyəcləyib
bizi ayırırlar,
Amma biz
bir – birimizi tamamlayırıq,
Qovuşşaq
dünya bitər...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ