İntiqam Yaşar - Dərviş

Bu yazıya counter dəfə baxılıb













  Canı da bizdəndi, qanı da bizdən
 Bir dərviş yaşayar içərimizdə.
 Xəlvətdə hamımız ona sığınnıq.
 Yüz lağ eləsək də ona biz üzdə.

Bu dərviş atamız, abamız kimi,
 Bizə yol göstərən, mayak adamdı.
Bu dərviş bizləri yuxu tutanda,
Bizə keşik çəkən, oyaq adamdı.

Dost - tanış yanında qaçarıq ondan
 Sanarıq bu bizə yamaq adamdı
. Onu yaxın deyə tanıtmamaqçün,
 Sorsalar deyərik - “qıraq adamdı”

Bizdən incidiyi, küsdüyü olmaz,
 Sanar bir damlayıq, o bir dənizdir.
 Çünki, tutduğumuz işlərə rəğmən,
 Xətrimiz yanında yenə əzizdi.

Canı da bizdəndi, qanı da bizdən,
 Bir dərviş yaşayar içərimizdə.
 Xəlvətdə hamımız ona sığınnıq.
 Yüz lağ eləsək də ona biz üzdə.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ