Fidan Abbasova - Yenə dekabrın 31-ni

Bu yazıya counter dəfə baxılıb








Sənsiz qeyd edirəm tənha və yalqız
Hər yerdə hər zaman görürəm səni Harda qalmısan sən harda insafsız. Bir azdea vicadanın olsaydı əgər Mənidə yadına salardın hərdən Bir kəlmə söyləsəm qəlbinə dəyər Onunçün heç bir söz söyləməyirəm. Amma ayrılığın çətindir mənə Sən çoxdan bunlara alışmısan bil Istərdim sevgimiz qayıda dönə Onda sən bilərdin bu yalan deyil. Yeni il yeni gün gələcək bizə Sən mənsiz mən sənsiz çox uzaqdayıq Yadlaşan baxışlar gəlib üz-üzə Deyəcək astaca bəs biz hardayıq. Baxışlar yadlaşsa könül qocalmır Xatirə yaddaşı qocalan deyil Biz yoxuq deməli oda ucalmır Bu isə yalançı bir sevgi deyil. Dənizlər mavidir çünki rəngidir Onun mənasını anlayan bilər Bəlkədə sevgi tək oda qədimdir Yaddaşda olmasa oda silinər. Bilirsən bu saat çöldə qar yağır Mənsə xəyalara qayıtdım yenə Bəlkədə yükü çox onunçün ağır Bəlkədə bir azca bənzəyir sənə. Baxıram ağ qara birdəki göyə Bununda mənasın tapmaq çətindir Mən göydən soruşdum gələrsən deyə O isə söylədi dönməz mətindir Ancaq qürurunu sındırmalısan Gərək məhəbbətdə bir güzəşt ola Bir tək sən bunlara anlamalısan Gəlsən yeni ilim bir töhfə ola.
Ömür yolum
Ayrıldıq yolum səndən əbədi uzaq düşdü Sevgimizə göz dəydi əhdimiz uzaq düşdü Həyatda nə olursa başıma gələn işdi Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Sənnən mənə təssəli bir gülüşdə qalmadı Fələk bizə nə etdi gözlərimiz ağladı Qəlbimizə dağ çəkdi bizi yaman dağladı Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Illərin ayrıcında borana-qara düşdük Sevginin qollarında arana-dağa düşdük Axır göz yaşımızı birgə-tənha bölüşdük Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Dənizlərdə çağladı haraydan-qışqırıqdan Tənha gəzdik həsrətlə bir acı danışıqdan Nə çıxdı ki hər dəyqə küsərək-barışıqdan Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Könül ayrı düşəni öz yerinə buraxmır Yaşanılan günlərim bir də geri qayıtmır Yatmışları xülyadan heç tərpətmir oyatmır Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Üzündəki baxışlar mənə nəsə söyləyir Gözümnən axan yaşlar yarı yolda inləyir Eşqimin həvəsiylə budur sənə söyləyir Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Kədər bizi yoğurur bir bax gülüm neyləyir Həqiqəti görəndə birdən ona söyləyir Fidanda dərdləriylə bunu belə söyləyir Unuduram mən səni neynim əlacım budu Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ