Bu da bizim nağılımız.
Göydən 3 alma gözləmə,
3damla yaş düşər
Bulud gözümüzdən.
Öpər,öpər üzümüzdən
Ayrılığa nida kimi,
Vida kimi...
Bu da bizim nağılımız.
Aylar keçər,illər keçər,
Yanıq kimi yeri qalar könlümüzdə.
Bu arzu
da,bu həvəs də,
Hər şey...hər şey ölər,
Tək məhəbbət diri qalar könlümüzdə.
Bu da bizim nağılımız.
O yol sənin,
Bu yol mənim.
Buludları sirkələyər göyün üzü,
Su yol sənin,
Su yol mənim.
Səni mənsiz,
Məni sənsiz
Aydınlığa çıxararmı bu yol bizi?!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ