Gülnar Səma- Ürəyim
Bu yazıya
dəfə baxılıb
Nə dərdin var, sənin məndən xəbərsiz,
Ağrısı canımı yaxan ürəyim.
Qanıma qəltansan daha nə lazım?
Rahat döyünməyə qorxan ürəyim.
Xırnan nədi, niyə çox ağrıyırsan,
Çarəsiz halıma sən ağlayırsan,
Gizli-gizli nəsə sirr saxlayırsan,
Hər an ürəyimi sıxan ürəyim.
Səmaya varanda çatışmır havan,
Yerdən göyə qədər bəşəri davan,
Yerlə yeksan oldu qurduğun yuvan,
Hələ çat verməmiş, yarğan ürəyim.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ