Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda - Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub.2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.2010-cu ildə "MTR group" nəşriyyatı tərəfindən "Həbini dünyası" adlı ilk şeirlər kitabı nəşr olunub.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Poeziya şöbəsinin redaktodur.
İNSAN
Adı insan, onu Allah yaradıb,
Yaradan Allah ağılla ucaldıb,
Bəzisi varlıdır, bəzisi kasıb,
Eyib etməz, saf olsun qəlbin, insan.
Torpaqdan yaranıb torpağa getdin,
Bəzən yaxşılıq, bəzən pislik etdin,
Hərdən möcüzətək qeyb olub itdin,
Bu həyat möcüzə, həm çətin, insan.
Namaz qıl, Oruc tut, oxu sən Quran!
Allahdır bizləri yıxan, qaldıran!
Kafirdir şərabı dilinə vuran!
Tutsan pis əməli, pis addır, insan!
Olma sən həyatdan bəzən gileyli,
Sən də sev, necə ki, sevibdir Leyli,
Yaxşıya yaxşı ol, artır xoş meyli,
Qoy desinlər, sənə halaldır, insan.
Göydə Allahımız, yerdə anamız,
Deyib bunu gözəl Yaradanımız.
Dara düşəndə çoxalır duamız,
Şərin də, xeyrin də yazılır, insan.
Həbibi, bu dünya hələ cavandır,
Ömrümüzü öz əlilə yazandır,
Əcəllə bir gorumuzu qazandır,
Ya mərd, ya da ki, tez sınandır insan.
KÜSƏYƏN QIZ
Hərdən mən xəstəyə sən naz edirsən,
Naz edərək vermə qəm, küsəyən qız.
Onsuz da bilirəm, məni sevirsən,
Ürəkdən de sevirəm, küsəyən qız.
Tanrı sənə gözəllik bəxş edəndə,
Saçlarına xırda muncuq düzəndə,
Xumar baxışları süzgün süzəndə,
Yolunda can verərəm, küsəyən qız.
Səni görsəm, ağrı nədir bilmərəm,
Danışmasan, qəmli dursan gülmərəm,
İnan mənə, sənsiz bir an dözmərəm,
Ol hər an qəlbə həmdəm, küsəyən qız.
Yaxınlaşıb halımı soruşanda,
İndi necəsən? deyib danışanda,
Hərdən də qıyqacı göz baxışanda,
Dünyanın xoşbəxtiyəm, küsəyən qız.
Gözün gözəl, özün gözəl bir qızsan,
Bu ağılı başdan alan bir nazsan,
Hərdən mənə gizli mesajlar yazsan,
Dərdi sənlə bölərəm, küsəyən qız.
Özün Qubalısan, yanağın alma,
İndi mən gedirəm, xəyala dalma,
Bu bir xoş xatirə, qəlbinə salma,
Qismət olsa gələcəm, küsəyən qız.
ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.
Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.
Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.
SƏNİN SEVGİN UCBATINDAN
Dalıb yenə xəyallara,
Düşdüm dözülməz hallara,
Düşmən oldum mən dostlara,
Sənin sevgin ucbatından.
Ağlayıram, gözümdə yaş,
Səndən mənə olmaz sirdaş,
Qəlbim sonda oldu bir daş,
Sənin sevgin ucbatından.
Budurmu, mənə hörmətin,
Sədaqətin, düz qiymətin?
Hədər getdi məhəbbətim,
Sənin sevgin ucbatından.
Həbibi sən – yar əlindən,
Zəhərtək acı dilindən,
Ayrı düşdü öz elindən,
Sənin sevgin ucbatından.
QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.
Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.
Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.
Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədi
AY VƏ ULDUZUN TOYU
Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” - dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.,
Yaradan Allah ağılla ucaldıb,
Bəzisi varlıdır, bəzisi kasıb,
Eyib etməz, saf olsun qəlbin, insan.
Torpaqdan yaranıb torpağa getdin,
Bəzən yaxşılıq, bəzən pislik etdin,
Hərdən möcüzətək qeyb olub itdin,
Bu həyat möcüzə, həm çətin, insan.
Namaz qıl, Oruc tut, oxu sən Quran!
Allahdır bizləri yıxan, qaldıran!
Kafirdir şərabı dilinə vuran!
Tutsan pis əməli, pis addır, insan!
Olma sən həyatdan bəzən gileyli,
Sən də sev, necə ki, sevibdir Leyli,
Yaxşıya yaxşı ol, artır xoş meyli,
Qoy desinlər, sənə halaldır, insan.
Göydə Allahımız, yerdə anamız,
Deyib bunu gözəl Yaradanımız.
Dara düşəndə çoxalır duamız,
Şərin də, xeyrin də yazılır, insan.
Həbibi, bu dünya hələ cavandır,
Ömrümüzü öz əlilə yazandır,
Əcəllə bir gorumuzu qazandır,
Ya mərd, ya da ki, tez sınandır insan.
KÜSƏYƏN QIZ
Hərdən mən xəstəyə sən naz edirsən,
Naz edərək vermə qəm, küsəyən qız.
Onsuz da bilirəm, məni sevirsən,
Ürəkdən de sevirəm, küsəyən qız.
Tanrı sənə gözəllik bəxş edəndə,
Saçlarına xırda muncuq düzəndə,
Xumar baxışları süzgün süzəndə,
Yolunda can verərəm, küsəyən qız.
Səni görsəm, ağrı nədir bilmərəm,
Danışmasan, qəmli dursan gülmərəm,
İnan mənə, sənsiz bir an dözmərəm,
Ol hər an qəlbə həmdəm, küsəyən qız.
Yaxınlaşıb halımı soruşanda,
İndi necəsən? deyib danışanda,
Hərdən də qıyqacı göz baxışanda,
Dünyanın xoşbəxtiyəm, küsəyən qız.
Gözün gözəl, özün gözəl bir qızsan,
Bu ağılı başdan alan bir nazsan,
Hərdən mənə gizli mesajlar yazsan,
Dərdi sənlə bölərəm, küsəyən qız.
Özün Qubalısan, yanağın alma,
İndi mən gedirəm, xəyala dalma,
Bu bir xoş xatirə, qəlbinə salma,
Qismət olsa gələcəm, küsəyən qız.
ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.
Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.
Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.
SƏNİN SEVGİN UCBATINDAN
Dalıb yenə xəyallara,
Düşdüm dözülməz hallara,
Düşmən oldum mən dostlara,
Sənin sevgin ucbatından.
Ağlayıram, gözümdə yaş,
Səndən mənə olmaz sirdaş,
Qəlbim sonda oldu bir daş,
Sənin sevgin ucbatından.
Budurmu, mənə hörmətin,
Sədaqətin, düz qiymətin?
Hədər getdi məhəbbətim,
Sənin sevgin ucbatından.
Həbibi sən – yar əlindən,
Zəhərtək acı dilindən,
Ayrı düşdü öz elindən,
Sənin sevgin ucbatından.
QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.
Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.
Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.
Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədi
AY VƏ ULDUZUN TOYU
Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” - dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ