Sabirdən Sarvana "Gerizəkalı" Salam

Bu yazıya counter dəfə baxılıb

Salam Sarvan da başladı...

Amma, "baş" lamadı..Pis ürəklə, yad qəlblə, qatil şair obrazı ilə başladı.
Özü də klassiklərin qətlinə fərman verib, heykəlinə su calamaqla.
Nə istəyirik bu klassiklərdən?
Kimdir onlar?
Elə Salamın hədəfə çevirib, gülləbaran etdiyi insanlardan başlayaq.
Vaqif, Axundov, Sabir və Cəlil...
Azərbaycan inasının dünyagörüşünün təməlini təşkil edən fikir babaları..
Onların haqda çox danışırlar, 100 ildən artıqdır ki, onlar populyarlıqdan düşmür.
Çünki, Vaqif şirin dilimizin bulaq lətafətini, Axundov dirəyə birə yeridən üləmaların fəndu-fürüşunu, Sabir  xurafatın, cahilliyin meydan suladığını, Mirzə Cəlil isə Novruzəlliliyin yazıqlığını, bisavadlılığını -bir sözlə, çılpaq həqiqəti ədəbi metodlarla başa salırdılar.
Bəs, Son illərin pis -yaxşı, az-çox tanınan şairi Salam Sarvanın bu kişilərlə bölə bilmədiyi nədir?
Bax, burda adamın ağlına çox versiya gələ bilər. Amma, tək bir həqiqət var o da,
gündəmdə qalmaq azarıdır.
Salam bəy, siz , bu dövrün şairi özünüzün gündəmdə qalmağınız üçün apardığınız mübarizəni, o zamanın şairi  Sabir xalqının gündəmdə qalması üçün aparırdı.
Amma, hansısa fikrin təsiri altına, "estetika" arqumenti hesab edərək Sabiri "gerizəkalı" adlandırmalqa da irəlizəkalılığınızın meyarını ölçmüş oldunuz.
O zaman, Axundov savadıszlığın və xurafatın əlində can verən cəmiyyətin qaranlıqda sarbanlığını edib, işıqgələn səmtə doğru aparırdı. Siz isə, "Salam" deyərək başladığınız sarbanlığınızın sonunu karvanın axrıncı dəvəsini tərsinə minməklə gedirsiniz.
Yüz il də keçsə, dəyişməyən Azərbaycan cəmiyyəti üçün Axundov, sabunbişirən Sabir aktual olacaq.
Amma,axrıncı tramvaya çatmayıb deyinən qoca sərnişin qarının tövrünə bənzəyən Salam bəyin şeirləri onun özünü unudulduğunu hiss etdiyi andaca sağollaşdı. Çünki, salam verməzdən əvvəl sağollaşmağı beyninə qeyd edən klassika düşməninin ruh halı çox pərişan. Dəvəsi olmuş ərəbin 
söydüyü uzaqbaşı peyğəmbər ola bilər.
O da elə etdi ki, salama bir şey saxlamadı...



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ