Rüfət Əhmədzadə - "Mən səni sevirəm, ya da sevmirəm"

Bu yazıya counter dəfə baxılıb
Mən səni sevirəm, Ya da sevmirəm... Sadəcə, hislərin fırtınasıdır. Yaxınsan, üç addım... Uzaqsan... Sonsuz! Eləcə acizlik ixtirasıdır.
Mən səni yazıram, Ya da yazmıram... Sadəcə bir dəli sayıqlaması. Gülürsən, bircə an... Susursan... Sonsuz! Sonsuz sevdamızın açıqlaması.
Nələrdən keçmişdin, Nədə dayandın? Kimləri ötmüşdün, Kimdən utandın? Suallar içində boğulan mənəm... Sən hansı sualdan bezib-usandın?
Mən sənsiz heç kiməm, Ya da hər kiməm... Bu yetkin vaxtında itkin bir adam. Özünü axtarıb səndə taparkən... Bəs səni itirsəm? Bitkin bir adam!
Bir edam səhnəsi quraq səninlə... Hakim də özün ol, cəllad da özün! Bir vida səhnəsi quraq səninlə... Ölüm də özün ol, Sirat da özün!
Gəzim tellərində sənə varım mən, Elə səndə qalım, sənə qalım mən. Cənnətim, yoxsa ki, Cəhənnəmimsən? Əgər dünyam isən, hələ qalım mən!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ