Səssizlik dilə gələr,
Sükuta qərq olarsan.
Azalan kim, çıxan kim,
Arada fərq olarsan.
Sən elə vurularsan,
Mən olaram hasilin.
Türkanə sevgi görər,
Bütün nəlvə-nəsilin.
Olmadığım yerlərdə,
İnan, görünməz izim.
Mənim süniliyim də,
Təbiidir, əzizim.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ