Ən acı gecədən, ən qarlı, ən qanlı gecədən.
Hələ də o gecəni yaşayırdı hər gecə. Hər gecə yuxusuna girirdi.
Allah isə ona, elə yuxuda, ”Sevin sağsan! –deyirdi.
O isə boğulurdu, dili tutulurdu, deyə bilmirdi ki, “Bəs sən hardaydın o gecə?”
Qan-tər içində ayılırıdı.
Gündüzlər asandı, işləyirdi, gəzirdi.
Təkcə o sualdan başqa.
“Haralısan?” sualına hələ də,”Xocalıdan”deyə bilmirdi.
Ən uzun, ən acı, ən qarlı, ən qanlı gecədən çıxıb gələ bilmişdi çünki.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ