Vahid Aslan- 14 İL SONRA SƏSİNİ EŞİTMƏK...

Bu yazıya counter dəfə baxılıb
14 il oldu...
Ayrılalı...
Dildə nə qədər qısa—14 il...
Ürək—ondan soruşmaq gərək...
14 il sonra tapmaq səni,
Səsini eşitmək,
titrəyən səsini...
Gülüşünə boğulmaq içdən...
Göz yaşlarında boğulmaq varkən...
İndi 31-dəyik ömrün...
Sən 14 il əvvəlki kimi gözəl,
Mən 14 il sonrakı kimi— ömrün ekvatorunu ötmüş yaşım...
Sən 17-dən, mən 45-dən boylanıram bu günə...
14 dəfə 23 aprellərdə tort pişirmisən mənə
Hər gün ümidlə yaşamısan bilirəm.
Hər gün boyu uzanıb həsrətinin—vəfasızlığımın.
Hər gün böyüyüb sevgin—mən kiçilməmişəm ürəyində.
Yandırdığın məktublarımla yanmısan,
Gördüyün hər tüstünü bəlkə də mən sanmısan..
Məndə isə 21 məktubun
bir də 3x4-ə şəklin qalıb.
Məktubların
yollara tikilən gözlərin kimi saralıb.
Məktublarını təkrar oxudum dünən
“Tez alışan tez sönər”—demisən.
“Mənə hər gün ehtiyacın varmış”,
Amma 14 il əvvəl bilməmişik ki,
Hər şeyin söz sahibi zamanmış...
14 il sonra səsini eşitmək...
Ölmək və sonra dirilmək kimidir...
Sən dünyanın o başında mən bu başında,
Əzablar ağlatdı məni bu yaşımda.
Darıxdım sənli keçmiş üçün.
Sənsiz gələcək üçün isə yolun başındayıq
Yolun başında...



03-07-2011
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ