Qarabayraqlı Maştağa

Bu yazıya counter dəfə baxılıb

Ağam, ağam, ya ağam...

Günlər öncə, işdən çıxıb Koroğlu  metrosu tərəfdən gələn 189 saylı avtobusa minib üzü Nardaran,Maştağa istiqamətinə yollandım.
Zabrata daxil olandan sonra marşurut hər 5 dəqiqədən bir saxlayırdı. Yolla irəliləmək imkansız idi.
Hər tərfdə yas çadırları qurulub,İmamlar eşqinə ehsan verirdilər.
Yolun tıxacı, bir tərəfdən isə,avtobusun pəncərələrin nəfəsliyini tutmuş qara pərdələri insanı o dünyalıq edirdi.
Nəhayət, ölüm-zülüm Maştağa kəndinə daxil ola bildik. Bu kənddə ilk nəzərə çarpacaq bir şey vardısa o  da uca damların üstündən sallanan saysız-hesabsız qara bayraqlar idi. Aradabir, yolboyu dəstə-dəstə azyaşlı uşaqlar gəlib-keçir, əlləri ilə sinlərini vurur, uca səslə, qəmgin halda şüar səsləndirirdilər.
Nə zamansa, Lənkəranda dostumgildə olanda İranın Səhər tv kanalına baxırdım.
Məhərrəmliyə tuş gələn həmin vaxt idi. Milyoları ağuşuna alan, minbərdən hədis söyləyən mollanın səsinə qoşulub yeri məhvərindən çıxaran səslər.
Böyük bir dövlət hardasa, İslamı farslaşdırıb türkü və ərəbi yad islamçılıqda günahlandıran İran başdan-başa qaynayan qazan idi.
Böyük ölçüdə dalğalanan qara bayraqlar, saqqalı üzlərin qəmli, yorgun gözləri və ağı deyən səsləri..
Zəncirlər...
Dağlanmış sinələr..
Yarılmış başlar...
Maştağa qarabayraqlı əlahiddə dövlətə bənzəyirdi
Bir qədər uzaqada isə, qara bayraqların fövqündə acizcəsinə fondan Azərbaycanın dövlət bayrağı görünüb, itirdi.
Bura Azərbaycanmı idi, yoxsa, İranmı?
Ətraf hər şey yas, faciə qoxuyur və abu-havadan sənin də qəm dəryasına batmağını tələb edən şərait hökm sürürdü.
Müşahidə edirdim.
Burda, qəribə bir elan verilmişdi..
Yaxınlaşıb oxumağa başladım: "............."
Bu qədər kifayət idi, geri-şəhərə döndüm.
Bu hadisədən bir xeyli vaxt ötdü.
Yenə yolum Bakının qədim kəndlərindən olan Maştağaya düşdü.
Kəndin içində maşından düşüb, pirə tərəf yollandım.
Köhnə dostum Hacı Qafura baş çəkməyə gəlmişdim.Evlərin yanından keçdikcə, gözümə şaxtababa rəsmləri görünməyə başladı.
A4 formatlı elan kağızlarında qırmızı rəngli dedin üstündən xətt çəkilmişdi.
Telefonu çıxarıb, həmin elanın fotosunu qeyd etdim.
İndi bilmirəm, bundan sonra hansı addım atmaq lazımdır.
Amma, hər-halda başqa insanların dini etiqadına bu qədər də müdaxilə etmək və az qala təhdid səviyyəsində tələb etməyə heç bir ad vermə k olmaz.
Son sözü isə həmin sözügedən fotoya baxdıqdan sonra siz deyin, Bizdən bu qədər...

Əli Əfrasiyabi
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ