Yaşamamışıq, əzizim.
Ən son Elif
Şafakın kitabının üz qabığında,
Ondan əvvəl
Anarın "Təhminə"sinin əllərində,
Bir az da Nəsiminin
qəzəllərində...
Biz eşqi
yaşamadıq,
Oxuduq,
gördük, eşitdik,
Uzaqbaşı,
bekar olanda yazdıq.
Bizə niyə
Şair desinlər ki?
Şair
deyilik!
Əcəl görmədən
o dünyaya gedib-qayıdanlara "ölü" demirlər axı.
24 Oktyabr, 2013
saat 22:55;
Bakı Metropoliteni
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ