Bir
şeir yazasan, utana
ayrılıqlar, məhv ola acılar. Kaş
ki, yazasan. Amma bacarmırsan axı. Yaşın
az deyil, həyat təcrübən də həmçinin. Bilirsən ki, həsrət
nəğməsi əbədi oxunacaq, hələ çox
sınacaqsan bu zalım həyatda. Çox sevgilərin,
çox sevgililərin olacaq bundan sonra da. Və onlardan biri həyatının qadınına
çevrilərək ruhunu edam edəcək. O zaman hökmünün qüd-rəti
sarsılacaq. Qadının vədlərinə əməl etməyəcək,
övladların səni məsxərəyə qoyub
güləcək. Dünyanın bütün qadınları
səndən üz döndərəcək. Onlara sənin
kimi uğursuzu gərək
deyil. Gündüzlər dilənib, gecələr qarət edəcəksən. Qadının şərab qoxulu
dodaqlarını öpməkdən imtina edəcək. Kilsə zəngləri insanları ibadətə çağıranda
sən Tanrını öz varlığında axtaracaqsan.
Hətta Tanrının dərgahında belə
toxunulmazlıq qazanmayacaqsan. Həyat yollarını
axtararaq gözləri kor olmuş rəzil insana çevriləcəksən. İlk məhəbbətinə
dediyin sözlər yadına düşəcək :
- Sən yanımda olanda ruhumun bir parçası olursan, uzaqlarda olduğun zamansa səni
xatırlamı-ram, çünki xəyalımı tərk
etmirsən.
Kədərli dünyanın qoca duyğusu – sevgi də yadlaşacaq sənin üçün. Səfillərə
qoşularaq xoşbəxt-lik axtarışına
çıxacaqsan. Dərvişlərlə birgə qüssə dolu nəğmələr oxuyaraq dolaşacaqsan
kainatı. İspan rəqslərinin ritmik
melodiyaları varlığında bir
daha səslənməyəcək. İnsanlar əsrlər boyu
hələ də Ata, oğul və Müqəddəs ruh
naminə öləcək, öldürüləcək. Varfolomey gecəsi dəfələrlə təkrar olunacaq.
Sonra
azanlar oxunacaq, ikindi iqlimlərində.
Və sən Tanrıya doğru addımlayacaqsan. İsanı çarmıxa çəkənlərə, Məhəmmədin
dişini sındıran-lara inanmadığını anlayacaqsan. Peyğəmbərə daş atanların, sənə
gül atmayacağına əmin olub acı bir təbəssümlə tərk edəcəksən xəyallar aləmini.
Bir sual verəcək düşüncələrin sənə; - Sevgi nədir, qadın kimdir deyə?! Ürəyin
cavablandıracaq bu sualları, ruhundan intiqam alarcasına. Sevgi düşündüyün kimi
deyil, qadının bir müəmma olmadığını, müəmmanın sənin gözlərində,
düşüncələrində daha doğrusu düşüncəsizliyində olduğunu pıçıldayacaq sənə...
Bir şeir
yaza bilməyəcəksən, cəbhədən ölüm xəbəri gəldiyi bir ölkədə...
Bir ümidə sarılıb gülə bilməyəcəksən, Afrikada
acından ölən uşağın ümidsizliyindən utanaraq...
Və son
Həyatın,
işgəncənin , ölümün sonu

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ