Bir çox insan rahat kreslosunda
oturub çay içə-içə televizor izləyərkən dünyanın müxtəlif yerində milyonlarla
müsəlman qardaşımız böyük zülmə məruz qalaraq yaşamaq uğrunda mübarizə aparır.
İraq, Əfqanıstan, Şərqi Türküstan, Kırım, Fələstin, Kərkük, Moro, Patani və
Arakandakı müsəlmanlar hər gün müsəlman qardaşlarından gələcək köməyi ümidlə
gözləyirlər. Gördükləri zülmü və təzyiqi bütün şiddəti ilə yaşayan
qardaşlarımızın halını başa düşmək üçün bir anlıq özümüzü onların yerinə qoyaq.
Bu məqələni oxuyarkən və ya
yerinizdə yatan zaman birdən-birə evinizin dağıdıldığını, yandırıldığını və həmin
anda ətrafdakı bütün evlərin də eyni vəziyyətdə olduğunu düşünün. Uşaqlarınızı,
valideynlərinizi götürərək həyatınızı xilas etmək üçün bayıra çıxdığınızı, orda
da sizi əli silahlı insanların gözlədiyini xəyal edin. Sığınacaq bir yer
olmadığını və sadəcə qaçmağın lazım olduğunu.. Arakandakı qardaşlarımız hər an
bu dəhşəti yaşayırlar…
Küçədə gedərkən yaxılaşan təyyarə səsinə
və ardından gələn dəhşətli partlayışlarla havadan bomba yağdığını və həyatınızı
xilas etmək üçün hara sığınacağını bilmədən qaçdığınızı xəyal edin. Son günlərdə
artıq xəbərlərin ilk sıralarında yer almasa da Suriyada 2 ildir davam edən vətəndaş
müharibəsinə görə məzlum uşaqların, qadın və kişilərin hər an hiss etdikləri, hər
an yaşadığı budur.. Əsədin təyyarələri məzlum əhalinin evlərini, xəstəxanalarını,
çörək sexlərini, hətta məktəblərini bombardman edir.
Acından mədənizin ağrımasına
baxmayaraq, öz aclığınızı bir kənara qoyub, yanaqları çökmüş, iri qara gözlərində
sevinc yerinə acı olan uşağınıza yedirtməyə heç nə tapa bilməməyin çarəsizliyi
içində ot yığıb, onu suda qaynadaraq “yemək” hazırladığınızı və bu otlu su ilə
uşağınızı yaşatmağa çalışdığınızı düşünün. Acından ölənlərin sayının 144-ə
çıxdığı Yermükdə müsəlman qardaşlarımız uşaqlarını yedizdirə bilməməyin çarəsizliyi
içində bunları yaşayır.
İsti evinizdə oturarkən birdən-birə
qapının vurulub açıldını, bacınız, qardaşınız, atanız, həyat yoldaşınız,
oğlunuz və ya qızınızın yerdə süründürülərək zorla evdən çıxarıldığını, kişilərin
gözünün qabağında edam edildiyini, qızlarınızın, həyat yoldaşınızın, bacınızın
və ya ananızın isə təcavüzə məruz qaldığını düşünün. Şərqi Türküstanda yaşayan
uyğur qardaşlarımız 1965-ci ildən etibarən bu cür böyük zülm altında yaşayır və
bu zülm altında şəhid olanların sayı 35 milyondur… Bu say Kanadada yaşayan əhalinin
sayına bərabərdir. Yəni biz isti evimizdə oturan zaman, bir ölkənin əhalisinin
sayı qədər müsəlman qardaşımız şəhid olub…
Bura qədər izah edilən bir neçə
misal belə insanın qəlbinin ürpərməsi, vicdanında böyük acı hiss etməsi üçün
kifayətdir. Siz bu yazını oxuyan zaman dünyanın fərqli yerlərindəki müsəlman
qardaşlarımız bir gün bombalardan birinin öz evinin damına düşəcəyinin
narahatlığı, hər gün silah və bomba səsləri ilə yaşamağa davam edir. Bəziləri hər
an qapılarının döyüləcəyinin narahatlığı içindədir. Qapılarını döyənlər hər an
evin sakinlərindən birini götürüb apara bilər. Həmin ailənin bir daha onu görməsi,
ondan xəbər alması belə mümkün olmaz. İşgəncəyə məruz qalan, təcavüz edilən,
güllələnərək şəhid edilən, ibadətlərini yerinə yetirməyə əsla icazə verilməyən
qadınlar, kişilər, qocalar, uşaqlar, qundaqdakı körpələr niyə öldüklərini belə
bilmədən can verirlər. Uşaqlar niyə hər kəs kimi məktəbə gedə bilmədiyini, niyə
evlərinin yandırıldığını anlaya bilmir… Qısacası, bu ölkələrdə həyat bizim
bildiyimiz kimi, normal şəkildə davam etmir.
Savaşın düz ortasındaki məzlum
insanların yaşadıqları bu çətinlikləri, nə düşündüklərini, necə möhtac bir vəziyyətdə olduqlarını
anlamaq hamımız üçün çox vacibdir. Çünkü bir çox insan evində təhlükəsiz olub-olmadığını bir
an belə düşünmədən rahat şəkildə yaşayır. Bir çox insan istədiyi zaman marketə
gedib istədiyini rahat şəkildə alıb yeyə bilir, istədiyi zaman tətil planları
qura bilir. Dünyanın bir başqa ölkəsində adını bilmədiyi, tanımadığı analar,
uşaqlar, babalar və nənələrin başına gələnləri
lazımi şəkildə önəmsəmədən, onların həyatı üçün narahat olmadan, bütün
bunlardan özü heç məsuliyyət daşımadığını düşünərək həyatını davam etdirə
bilir.
Ancaq əgər hərkəs belə edərsə, istəmədən
və bilməyərək dünyanın bir çox yerində yaşanan bu insanlığa sığmayan hərəkətlərə
ortaq olmuş olar. Müharibənin dəhşətli görüntüləri yaxşı bir insanı narahat edə
bilər, bunu dilə gətirə bilər. Bu insan yeri gəldiyində müharibənin zərərlərindən
də bəhs edə bilər. Amma vicdanlı və imanlı bir insan bu problemi qəlbən hiss edər,
özünü onların yerinə qoyar. “Sizə nə
olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara
çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən
aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi 75) ayəsini
düşünər və zülmə məruz qalan insanların məsuliyyətini öz üzərində hiss edər.
Dünyada hakim olan zalımlığı tamamilə aradan qaldırmaq üçün var gücü ilə cəhd
edər.
Unutmayaq ki, Suriyada donaraq can
verən hər körpədən, Türküstanda evindən çıxarılaraq təcavüzə məruz qalan hər gənc
qızdan, Misirdə snayperlərin gülləsinə tuş gələn hər candan, Patanidə işgəncə
görən hər qardaşımızdan, mağazaya gedərkən düşən bomba ilə həyatını itirən hər
gənc qızdan, əlində oyuncağı ilə yatarkən dağıntıların altında qalan hər körpədən,
yemək almaq istədiyi bazarda əlini, ayağını itirən hər anadan Əfqanıstanda,
Çadda, Kırımda, Kərkükdə zülm görən və məzlumdan bütün müsəlmanlar məsuliyyət
daşıyır.
Bu zulmə “dur” deməyin yolu isə çok
asandır. Allah’ın təqdim etdiyi həll
yolunu tətbiq etmək... Allah dünyanın hüzura qovuşması üçün inananların qardaş
olmalarını, bir-birlərinə kömək etmələrini və birlik olmalarını əmr etmişdir.
Müslümanlar da qardaş olduqlarını xatırlayıb məzhəb ayrı-seçkiliklərini,
anlaşmazlıqları bir kənara qoyub ortaq amalda birlik olub Türk İslam Birliyini
təcili olaraq qurmalıdırlar. Allah’ın Quranda göstərdiyi, Peyğəmbərimizin (sav)
hədislərində təfərrüatı ilə izah etdiyi tək həll yolu budur. Birlik olmaq
Qurana görə fərz, dağılıb ayrılmaq isə haramdır. Müsəlmanların Allah’ın
“Allah’ın ipindən möhkəm sarılın və dağılıp ayrılmayın…” (Ali-İmran surəsi,
103) hökmünün tələbi olaraq bir an öncə birləşib İslam Birliyini qurmaları, çəkilən
acıların bitməsi, dünyanın hüzura və rifaha qovuşması üçün vacibdir.
Müslümanların birlik olması, qan bağlılığı olan qardaşlar kimi, hətta daha da
güclü şəkildə bir-birinə bağlanması fərzdir.
Adnan Oktarın Harakah Daily-də
yayımlanan məqaləsi:

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ