Kosmosda həyatın izləri varmı?
Bəlkə Yer üzündəki həyat kosmosun və ya yadellilərin məhsuludur? Bu və bənzəri
suallar eradan əvvəlin yunan fəlsəfəsindən tutmuş bu günün tədris planına qədər
özünə yer etmiş suallardır. Bu kimi düşüncələrin məcmusunu isə panspermiya
fərziyyəsi daxilində incələmək lazım gəlir. “Panspermiya” fərziyyəsi məna
etibarilə həyatın “toxumları”nın bütün kainata səpələnmiş olduğunu və bu
toxumların müxtəlif planetlərə (Yer kürəsi də daxil olmaqla) yayılaraq həyata
başlanğıc verdiyini irəli sürür. Belə ki, fərziyyəyə əsasən, bakteriya kimi
orqanizmlər kometlər və ya asteroidlər vasitəsilə bir planetdən digər planetə
səpələnir və uyğun şəraitə düşmüş bu bakteriyalar təkamül keçirərək həmin
planetdə həyatın çiçəklənməsinə yol açır. Bu iddianı isə müxtəlif əsrlərin bir
çox nüfuzlu elm adamları qəbul etmişdi. Lakin sonradan aparılan tədqiqatlar və
yürüdülən çox sadə məntiqlər belə bu hipotezin neçə puç bir ideyadan ibarət
olduğunu ortaya qoyacaqdı…
İstilik və Zərərli Şüalar
Panspermiya fərziyyəsini müdafiə edən
ateistlərin unutduqları, daha dəqiq desək, görməzdən gəldikləri ən mühüm
nüanslar isə Yer kürəsinə çatana qədər varlığı iddia edilən “toxumlar”ın məhv
olacaq olmasıdır. Bu nüansların ilki budur ki, təqribi hesablamalara görə, Yer
atmosferinə daxil olan bir meteoroidin aldığı temperatur 2000 dərəcə selsiyə
qədər qalxır. Nəzərə alsaq ki, hal-hazırda yer üzündə yaşayan istiyə ən dözümlü
canlılar (hipertermofil bakteriyalar) maksimum 130 dərəcə selsiyə tab
gətirirlər, bu zaman həyat “toxumları”nın meteoritlərlə yer üzünə gəlməsi fikri
ağıla və məntiqə sığmayacaq. Yer üzünə gəlsələr belə, kömür gübrələrdən fərqsiz
qalacaqlar.
Təkamülçülər bəzən meteoritdəki
temperaturun “həyat toxumları”nın yer üzünə gəlməsinə mane olmadığını deyirlər.
Bunu da meteoritin daxilindəki temperaturun səthinə nisbətən çox aşağı olması
və toxumların meteoritin nüvəsində yer üzünə gələ biləcəyi ilə izah etməyə
çalışırlar. Halbuki meteoritin daxili temperaturu aşağı olsa belə, öldürücü
şüalar onun nüvəsinə qədər nüfuz edə bilir. Beləliklə də, sadəcə bu belə
həyatın bir planetdən digərinə transportasiyasını imkansız hala gətirir. İndi
isə bu kriteriyaya nəzər salaq:
Gözardı edilən bu mühüm problem bütün
kosmosa yayılan zərərli şüalardır. Müəyyən tezlikdəki dalğalar vardır ki,
bunlar canlı orqanizmləri dərhal məhv edir. Günəş kimi ulduzlar bu ölümcül
dalğaların əsas mənbəyidir, lakin Yer kürəsi Van Allen qurşağı, ozon qatı kimi
xüsusi yaradılmış təbəqələrlə qorunduğu üçün bu şüaları keçirmir. Kosmosda
müdafiəsiz qalmış meteoroidlərdə isə hər hansı bir canlı orqanizm daşınsa da,
bu nüfuzedici şüaların təsirində həmin canlı dərhal ölərdi. Məşhur rus alimi
Georqiy Qamov bu məsələni belə izah edir:
“Kosmosda səyahət edən sporları
(toxumları) gözləyən və donaraq ölməkdən daha ciddi bir təhlükəni unutmaq
olmaz. Hamıya yaxşı məlumdur ki, Günəşdən əhəmiyyətli miqdarda ultrabənövşəyi
şüalar yayılmaqdadır. Yer üzünü əhatə edən atmosfer təbəqəsinin çox az
bir qismini keçirdiyi bu şüalar kosmosun boşluğu içində özlərini mühafizə
edəcək qoruyucu mexanizmləri olmayan bu mikroorqanizm sporları üçün ən böyük
təhlükədir və onları bir anda öldürə biləcək qədər güclüdür. Buna görə də
bakteriyaların xəyali səyahəti hələ ən yaxın planetə belə çatmadan onların
ölümü ilə nəticələnəcəkdir. 1966-cı ildə aparılan bir araşdırmanın nəticəsi
“kosmosdan gəlmə” hipotezinin tamamilə tərk edilməsinə gətirib çıxarmışdır.
“Cemini-9” adlı kosmik gəminin xarici səthinə xüsusilə seçilmiş ən dözümlü
mikroorqanizmlər yerləşdirilib kosmosa buraxılmışdı. Aparılan incələmələr
sonrasında bunların hamısının yeddi saat belə keçmədən məhv olduğu görüldü.
Halbuki bu hipotezə əsasən, həyatı başlatdığı iddia edilən bakteriyaların
səyahəti illərlə çəkməli idi” (1).
Bütün bu kriteriyaları hesaba aldıqdan
sonra “kosmosdan gəlmə” hipotezinin bir fantaziyadan ibarət olduğunu görürük.
Təkamülçülər və materialistlər sırf bir Yaradıcının varlığını inkar etmək üçün
belə gülünc fikirlərlə ortaya çıxırlar. Lakin yaradılış həqiqətini panspermiya
ilə ört-bas etməyə çalışarkən təkamülçülərin çox bəsit bir məntiq xətasına yol
verdiklərini asanlıqla görmək mümkündür. Belə ki, “həyat kosmosdan gəldi” deyən
təkamülçülərin etdiyi şey, sadəcə olaraq, “həyat necə yarandı?” sualının
cavabını bir mərhələ geri çəkməkdir. “Həyat kosmosdan gəldi”sə bəs onda kosmosdakı
həyatı kim yaratmışdı? Müasir elmin işığında görürük ki, həyat yer üzündə üstün
ağıla sahib bir Varlıq tərəfindən, elm adamlarının dili ilə desək, “Ağıllı
Dizayner” tərəfindən yaradılmışdır. Nə vaxtsa kosmosun hər hansı bir nöqtəsində
həyatın izlərinə rast gəlinsə, bunların da mövcudluğu yalnız “Ağıllı
Dizayner”in yaratması ilə açıqlana bilər. Təkamülçülər isə bu açıq həqiqəti
ön-mühakimələrindən dolayı heç bir şəkildə qəbul edə bilmirlər. Amma elmi
dəlillər qarşısındakı acizliklərini üstüörtülü də olsa etiraf edirlər. Məşhur
amerikalı jurnalist Ben Steyn dünyanın ən öndə gedən darvinisti sayılan Riçard
Dokinzlə müsahibəsi zamanı həyatın necə başladığı sualını vermiş, müsahibi isə
“hər kəs kimi mən də bilmirəm” deyə cavablamışdı (2). Çıxılmaz vəziyyətdə
qaldığın görən Dokinz isə irəliləyən dəqiqələrdə yer üzündəki həyata
“yadellilər”in müdaxilə etdiyini söyləyəcək qədər irəli getdi. Bu isə,
materialist doqmanın “alim” adı daşıyan insanları necə ağlasığmaz düşüncələrə
yönəldə biləcəyini göstərirdi.
Təkamülçülərin yol verdikləri digər
məntiq xətası isə budur ki, onlar həyatın kosmosdan yer üzünə gəlişi ilə bütün
problemin həll olunduğunu zənn edirlər. Halbuki belə bir hadisə baş vermiş olsa
belə, bəs həmin “ilkin canlı”dan hal-hazırda dünyada yaşayan 8,7 milyon növdəki
canlı necə əmələ gəlmişdi? Aradan keçən milyard illər ərzində bütün bu
müxtəliflikdəki canlı aləm necə törəmişdi? Təkamülçülər bu prosesi mutasiya və
təbii seçmə mexanizmləri ilə açıqlamağa çalışırlar. Halbuki bu gün elə bir elm
adamı yoxdur ki, mutasiyaların yaratma gücünün olduğunu və ya təbii seçmənin
təkamülə yol açdığını göstərə bilsin. Mutasiyaların və onları izləyən təbii
seçmə prosesinin heç bir zaman təkamül mexanizmi olmadığı artıq onillərdir ki
məlumdur.
Beləliklə, elmi icma artıq 40 ilə
yaxındır ki, Allah inancına yönəlməyə davam edir və inanclı, darvinizmi təkzib
edən alimlərin siyahısı gün keçdikcə uzanır. Yer üzündəki canlıların qüsursuz
yaradılışları, bütün təbiətə və kainata hakim olan incə əyar və ahəngdarlıq, qızıl
nisbət, simmetriya, riyazi incəlik onları buna vadar etməkdədir. Yer üzündəki
həyat kosmosun və ya hansısa “yadelli”nin məhsulu deyil, bütün aləmlərə hakim
olan Allahın yaratma sənətidir.
Rafət Əlizadə

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ