Baycanın qarnındakı qurbağa

Bu yazıya counter dəfə baxılıb
                               

Bir insan haqqında danışanda onun mənfisindən danışdığımız qədər, yaxşı cəhətlərindən də danışmalıyıq.
Baycanın bir çox fikrini qəbul eləməsəm də, qəbul etdiyim bir şey var ki, o da Baycanın çağdaş ədəbiyyatımızın güclü imzalarından olmasıdır.
 Gənclərə kitab oxumağı sevdirməyə çalışan biridir. Gəncliyi dəstəkləyən biridir.
 Bu gün onun qarşı olduğum cəhətlərindən danışmaq istəmirəm. Bu haqda “ Seymur Baycanın yetişdirdiyi gənclik” adlı bir yazı yazmışam, maraqlananlar baxa bilərlər.
 Onun  “ Bu millət mənim yazdıqlarımı oxumağa layiq deyil” Sözlərini bir yanqı kimi qəbul elədim mən, təhqir kimi yox. Çox sevdiyimiz, böyük yazarlarımızdan biri yandığından “ Ay mənim eşşək millətim” kimi bir ifadə işlətmişdir. Onun bu sözlərini ciddi qəbul etmir və onun millətini sevməsinə zərrə şübhə etmirik. Baycan da yəqin ki, yandığından elə deyib.
 Tv lərimizə baxaq, kimlər, hansı yazarlar daha çox çıxır efirlərə.    Qırmızı yanaq xalalar, arvadının qeybətini qıran əmilər.  Bəs millətimiz bundan şikayətçidirmi? – Yox . Bəs bu xalalar və əmilər bu millətə nəsə verə bilərmi?- Yox
 Bunları düşünəndə Baycanın nə demək istədiyini, niyə elə dediyini anlamaq olar. Yuxarıda adını çəkmədiyim yazarımızı da istəyənlər araşdırıb, kim olduğunu öyrənə bilər.
 İndi də bu qurbağa söhbəti çıxdı meydana. Baxıram ki, Baycandan on dəfə ağlı az olan bəziləri statuslarında onun bu fikri ilə “ Məzələnir” , güya ondan ağıllı olduqlarını düşünürlər.
 Əminəm ki, elə Baycanın istədiyi də budur. O bir zarafat edib, daha doğrusu belə bir hekayə uydurub ki, onun “ ağıllı” həmvətənləri özlərinə, Baycanın simasında gülsünlər.
 Kitab oxumuruq, oxuyanda da uzaq başı N. Kəsəmənlinin sevgi şeirlərini oxuyarıq. Oxumadığımız üçün düşünmürük, düşünmədiyimiz üçün həyatımızı yaşaya, öz gündəmimizi özümüz bəlirləyə bilmirik.
  Bəli, cənablar Baycanın hər sözünü  gündəm ediriksə, etiraf edək ki, o bizdən ağıllıdır. Onun qarnındakı Qurbağaya isə uzun ömür arzulayıram, inşallah Baycandan daha çox yaşayar( Yəqin ki, burada nə demək istədiyimi Baycandan başqa heç kim başa düşməz. O da ki, mənim yazdığımı oxumağı özünə sığışdırmaz ki, bu da onun MƏNFİSİ )


 Tural Sahab
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ